Qlobal qida qiymətləri Yanvar ayında da yüksəlib
Qlobal qida qiymətləri son 4 aydır yüksəlməkdədir.
Marja xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Yanvar ayı Qlobal Qida Qiymət İndeksini açıqlayıb.
FAO Qida Qiymət İndeksi, dekabr ayı ilə müqayisədə yanvar ayında 0.7%, 2019-cu ilin Yanvar ayı ilə müqayisədə isə 11.3% artımla 182.5 bal səviyyəsinə yüksəlib.
Geniş şəkildə ticarət olunan qida məhsullarının beynəlxalq qiymətlərindəki aylıq dəyişiklikləri izləyən indeksin yüksəlməsinə bitki mənşəli yağların, şəkər və buğdanın bahalaşması təsir edib.
FAO Bitki mənşəli Yağ Qiymət İndeksi, palma, soya, günəbaxan və kolza toxumu yağlayarının qiymətlərinin artması ilə üç ilin ən yüksək səviyyəsinə çatıb və 7% artıb.
FAO Şəkər Qiymət İndeksi, bir çox böyük istehsalçı ölkənin şəkər istehsalının az olacağı proqnozları ilə 5.5% artıb. Artım, Braziliya pul vahidinin davam edən ucuzlaşması və şəkər qamışından etanol istehsalının artmasından qaynaqlanır.
FAO Taxıl Qiymət İndeksi, buğda qiymətlərinin yüksəlməsi, ardından qarğıdalı və düyüyə tələbin artması və əksər ölkənin alışları artırması ilə 2.9 % artıb.
FAO Süd Məhsulları Qiymət İndeksi, kərəyağı, pendir və yağsız süd tozuna olan güclü idxal tələbi ilə 0.9% artıb.
FAO Ət qiymət İndeksi isə Çin və Uzaq Şərqdən alışların azalması ilə 4% geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)










.jpg)








