Ələt-Hacıqabul yolunun bərpası işləri davam etdiriləcək
2020-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yerinə yetiriləcək işlər açıqlanıb.
"Marja" Agentliyin hesabatına istinadən xəbər verir ki, 2020-ci ildə respublikanın 29 şəhər və rayonunda, habelə Bakı şəhərinin 12 rayonu ərazisində uzunluğu 893,2 km olan kənd və qəsəbə yollarının tikintisi və təmiri nəzərdə tutulmuşdur. O cümlədən:
1. İcrasına 2018-2019-ci ildə başlanmış layihələr – uzunluğu 139,8 km;
(Susay – Xınalıq 34,8 km, Quba – Qonaqkənd 46,0 km, Qusar rayonunda Cibir – Həzrə 44,0 km, Qobustan rayonunda Ərəbqədim – Göydərə 13,0 km. Qəbələ rayonunda Bum çayı üzərində körpü və 2 km avtomobil yolu və Gədəbəy rayonunda 2 körpünün tikintisi).
2. Kəndlərarası layihələr – 24 rayon ərazisində uzunluğu 582,5 km olan 24 kəndlərarası avtomobil yolunun təmiri və tikintisi yerinə yetiriləcək;
3. Bakı şəhərinin 12 rayonunda – ümumi uzunluğu 171,6 km olan 26 qəsəbə daxilində avtomobil yollarının təmiri və tikintisi işləri yerinə yetiriləcəkdir.
2020-ci ildə Respublika əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri işləri davam etdiriləcək və başa çatdırılacaqdır.
- Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ( 92,0 km, 4 hərəkət zolaqlı), M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 132-197 km hissəsinin tikintisi( 60,0 km, 4 hərəkət zolaqlı) işləri davam etdiriləcəkdir;
- M-2 Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi ( uzunluğu 130,2 km) işləri davam etidirləcəkdir;
- R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması (70,5 km, 2 hərəkət zolaqlı) işlər başa çatacaqdır;
- M-5 magistral avtomobil yolunun Yevlax-Şəki hissəsinin yenidən qurulması (58,12 km, 2 hərəkət zolaqlı) işlər başa çatacaqdır;
- R-32 Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası (59.8 km, 2 hərəkət zolaqlı) işlər başa çatacaqdır;
- Ağsu-Kürdəmir-Bəhrəmtəpə (53 km)-Zərdab avtomobil yolunun yenidən qurulması (42,0 km, 2 hərəkət zolaqlı) işləri başa çatacaqdır;
- “Ağ şəhər” layihəsi çərçivəsində yolların tikintisi işləri davam etdiriləcəkdir;
- Bakı şəhərində və respublikanın yollarında piyada keçidlərinin tikintisi işləri davam etdiriləcəkdir;
- Ələt-Hacıqabul avtomobil yolunun asfalt-beton örtüyünün bərpası işləri;
- Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci kilometrlik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi;
- Bakı-Sumqayıt yolunun genişləndirilməsi məqsədilə Xırdalan dairəsində yerləşən müxtəlif səviyyəli tunel tipli yol qovşağında yenidənqurma işlərinin aparılması;
- R-8 Muğanlı-İsmayıllı avtomobil yolunun layihələndirilməsi və yenidən qurulması.
Qeyd edək ki, M-2 magistral avtomobil yolunun Ələt-Hacıqabul hissəsinin bərpası (45,0 km, 4-6 hərəkət zolaqlı) işləri dövlət bedcəsində ayrılan vəsait həcmində 2019-cu ildə də icra edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 59 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
3 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Ən çox oxunanlar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"







.jpg)











.jpg)


