Beynəlxalq Bankın dəstəyi ilə “EY İlin İş Adamı™” proqramı başladı - AZƏRBAYCANDA İLK
Dünyanın ən böyük audit-konsaltinq şirkətlərindən olan “Ernst&Young” Azərbaycanda ilk dəfə “EY İlin İş Adamı™” müsabiqə-proqramını elan edib.
Bu qlobal proqramın ölkəmizdə həyata keçirilməsinə Azərbaycan Beynəlxalq Bankı və BP-Azərbaycan şirkəti də dəstək verir. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi isə proqramın strateji tərəfdaşıdır.
“EY İlin İş Adamı™” öz cəmiyyətində, ölkəsində, ümumən dünyada həyat keyfiyyətlərini yüksəltməkdən ötrü çalışan, liderlik, uğur nümayiş etdirən şəxslərin və şirkətlərin sahibkarlıq nailiyyətlərini tanıyan qlobal proqramdır. Proqram 30 ildən çoxdur ki, təsis edilib və hazırda dünyanın 60-dan çox ölkəsində, 145 şəhərində hər il mütəmadi keçirilir.
“EY İlin İş Adamı ™” proqramında iştirak sahibkarlara öz həmkarları ilə əlaqə qurmaq, bizneslərini böyütmək, şirkət və komanda profillərini yüksəltmək üçün yeni imkanlar yaradır. 2019-cu ildən başlayaraq belə bir proqramın ölkəmizdə də tətbiqi yerli sahibkarların fəaliyyətini layiqincə qiymətləndirmək, onları dəstəkləmək və bir araya gətirmək məqsədi daşıyır.
Bu müsabiqədə cəmiyyətə və iqtisadiyyata müsbət təsir göstərən uğurlu sahibkarlar, onların ortaya qoyduqları nəticələr yarışır. İştirak meyarlarına cavab verən hər bir sahibkar müsabiqəyə qatıla bilər. Bütün iştirakçılar milli mərhələ çərçivəsində yarışacaq. Onların müraciətləri, biznes nailiyyətləri nüfuzlu beynəlxalq təşkilatları təmsil edən müstəqil münsiflər tərəfindən qiymətləndiriləcək. Final mərhələsinin qalibi olan sahibkar Monte Karloda keçiriləcək nüfuzlu “EY Dünya üzrə İlin İş Adamı™ yarışında iştirak hüququ qazanacaq.
Ərizələrin qəbulu 25 noyabr tarixindən 15 yanvar tarixinə qədərdir. İştirakçı sahibkarlarla müsahibələr və ərizələrin qiymətləndirilməsi gələn ilin 16 yanvarından 6 martına qədər həyata keçiriləcək. Martın 11-də mükafatlandırma mərasimi olacaq. 4-7 iyun 2020-ci il tarixində isə qalib sahibkar Monte Karloda “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində iştirak edəcək.
“EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev bunları deyib: “Proqram sahibkarlara öz nailiyyətlərini göstərməyə, komandanın töhfələrini açıq şəkildə nümayiş etdirməyə imkan verir. Ümid edirik ki, Azərbaycan sahibkarları bu müsabiqədə həvəslə iştirak edərək uğur qazanacaqlar”.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov isə bankın müştərisi olan sahibkarlar üçün bu proqramın gözəl bir inkişaf imkanı olduğunu qeyd edib: “EY İlin İş Adamı™ proqramı ölkəmizdə sahibkarlığın təşviqinə, müştərilərimiz olan iş adamlarının öz bizneslərini böyütmələrinə şərait yaradır. Sahibkarlarla fəal şəkildə çalışan bank olaraq bütün bunlar Azərbaycan Beynəlxalq Bankı üçün çox önəmlidir. Ona görə də ölkəmizdə ilk dəfə həyata keçirilən bu faydalı təşəbbüsə məmnuniyyətlə dəstək veririk”.
Proqramda iştirak meyarları ilə bu linkdən ətraflı tanış olmaq və müraciət ərizəsi göndərmək mümkündür: https://www.ey.com/az/en/home/ey-eoy
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
8 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
10 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 11 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
15 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
17 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
Ən çox oxunanlar
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi

























