“Tikiş aksessuarlarına gömrük rüsumlarının azaldılmasına ehtiyac var”

“Yerli məhsulların qiyməti nisbətən yüksək olduğuna görə, xaricdən idxal olunan geyim məhsulları ilə rəqabət apara bilmir”
Azərbaycanda tekstil və geyim sənayesinin inkişaf tempi zəifdir. Yerli məhsulların istehsalın və istifadəsinin artırılması üçün bir sıra işlər görülməlidir.
Biznes idarəçi, biznes yazar Səbuhi Rüstəmov bu fikirdədir.
O “Marja”ya bildirib ki, bazarda seqmentdə yer tutmaq, markalaşmaq və brendləşmək lazımdır: “Dizayn studiyalarının inkişafı tələbdir. Çünki zövqlər müxtəlifdir. Gündəlik geyim sahəsində dizayn studiyaları, moda akademyası mövcud deyil. Dövlət qurumları və İqtisadiyyat Nazirliyi ilə birlikdə uzun müddətli bu sahələri formalaşdırmaq lazımdır. Tekstildə də bəlli bir ekosistemin mövcud olması zəruridir. Bütün biznes sektorlarında olduğu kimi burda, həm dizayn studiyaları, xammal istehsalı, PR işinin, marketinq işinin aparılması kompleks yanaşma tələb edir”.
Səbuhi Rüstəmovun sözlərinə görə, rentabelliyinin artırılmasının yollarından biri brendləşmədir: “Çünki Azərbaycan əhalisinin 10 milyonluq sayı var və 10 milyon insana xitab edən böyük tekstil toxuculuq müəssisəsi çox rentabelli olmaya bilər. Ona görə biz yaxın qonşular xüsusi ilə Gürcüstan, Orta Asiya ölkələri, Rusiya bazarına da çıxmalıyıq. Hazırda Azərbaycanda 100-dən artıq tekstil fabriki arasında ən çox yer olan tikiş fabrikləridir. Bu fabriklər yerli tələbatın təxminən 10 faizini ödəmək iqtidarındadır. Buna əsas səbəb kimi yun və yarım yun ipək və yarım ipək kimi xammal məhsullarının çox hissəsini Türkiyə, Çin, Pakistan və MDB ölkələrində idxal olunması göstərilir. İstehsal prosesində yerli xammal məhsullarının istifadəsi üçün bir sıra işlər görülməlidir. Kənd təsərrüfatında tekstil sənayesi üçün uyğun olan pambıq məhsullarının yetişdirilməsi, heyvandarlıq sahəsində yun parçalar üçün tələb olunan ipliyin əldə edilə bilməsi, tekstil sənayesinin inkişafına təkan verən amillərdir".
Səbuhi Rüstəmov qeyd edib ki, xammal ilə yanaşı, həmçinin adi tikiş aksessuarlarının istehsalı da mövcud deyil: "Misal üçün hər hansı bir geyimlər üçün astar parçalar, düymələr, tikiş sapları və s. xaricdən idxal olunur. Bunlara hal-hazırda mövcud olan əlavə gömrük rüsumları Azərbaycanda tikiş məhsullarının, geyim məhsullarının, hazır məhsulların maya dəyərinin daha yüksək olmasını təmin edir. Bu zaman yerli məhsulların idxal məhsulları ilə rəqabət aparması çətinləşir. Əgər gömrük rüsumları aşağı salınarsa, gələcəkdə idxaldan asılı olan məhsulların maya dəyəri ən az 15 faiz aşağı düşəcək. Azərbaycanda istehsal olunan tekstil məhsullarının xarici məhsullarla müqayisədə nə dərəcədə rəqabətə davamlı olduğuna gəldikdə tekstil fabrikləri beynəlxalq sertifikatlara malikdir. Bu da onun göstəricisidir ki, Azərbaycanda da keyfiyyətli məhsullar istehsal oluna bilər. Sadəcə bəzi çətinliklərin aradan qaldırılması üçün dəstəyə ehtiyac var. Ölkəyə xammal gətirildiyi zaman gələn hazır məhsulnan eyni faiz dərəcəsinə düşdüyünə görə yerli istehsal bir balaca ikinci planda qalır. Buna görə də alınan qərarlar yerli istehsalatın adına alınsın. Bu da köməklik edəcək ki, ixracat genişlənəcək, işləmək üçün daha böyük səbəblər yaranacaq. Ölkədə bu sahədə maya dəyəri və imic faktoru yaxşılaşdırıldıqdan sonra inkişaf müşahidə etmək mümkündür. İstehsal olunan məhsulun maya dəyərinin azaldılması, hazır məhsulun ortalama dünya səviyyəsinə çatdırılması...söhbət istənilən növ geyimdən, xüsusilə trikotaj geyimlərindən gedir.
Bunu düymə, yapışqan kimi materialların idxalına gömrük rüsumlarının azaldılması hesabına gəlmək olar. Rüsumların azaldılması tikiş istehsalının inkişafına gətirib çıxaracaq”.
Biznes yazar qeyd edib ki, istehsal olunan pambığın böyük bir hissəsi xammal, yəni pambıq maxlıcı şəklində ixrac olunr: "Amma bunun həm də emalını dərinləşdirmək lazım və hazır məhsullar edərək onun ixracına nail olmaq olar. Pambq istehsalının artması toxuculuq məmulatlarının idxalına xərclənən vəsaitində azalmasına səbəb olacaq. Toxuculuq məmulatlarının idxalına ötən il ərzində 315 milyon dollardan çox vəsait sərf olunmuşdur. Burada düzdür pambıqçılıq məhsulları ilə yanaşı digər məhsullar da var. Amma yerli istehsal təşviq olunandan sonra bu məhsulların da idxalı azalacaq".
"Bakıda sexlərdə tikilən paltarlara "Made in Turkey" etketləri vurulur”
Səbuhi Rüstəmovun təxmini hesablamalarına görə, ölkəmizdə geyimə olan təlabatın cəmi 15 faizi yerli istehsal hesabına ödənir: Bu da o deməkdir ki, istifadə etdiyimiz paltarların böyük hissəsi xaricdən gətirilir. Hər il ölkədən 200 milyon dollar çıxır. Həmin məhsullar, əsasən Türkiyə, Çin və Avropa ölkələrindən idxal olunur. Ölkəyə idxal edilən geyimlərin bir qismi xərci və qiyməti ucuz geyimlər vardır. Xüsusən də Çindən keyfiyyəti nisbətən aşağı olan, amma eyni zamanda qiyməti də yüksək olmayan geyim məhsulları idxal olunur. Nəticədə yerli məhsullar (yerli məhsulların qiyməti nisbətən yüksək olması) həmin geyim məhsulları ilə rəqabət apara bilmir. Nəticə etibarı ilə ucuz idxal olunan geyim məhsullarının daha çox satılmasına səbəb olur. Müşahidələr onu göstərir ki, yerli brendə istehlakçılar da inanmırlar. Ona görə də Bakıda sexlərdə tikilən paltarlara "Made in Turkey" etketləri vurulur”.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
9 saat əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib
-
11 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
-
11 saat əvvəl
Azərbaycan zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib
-
11 saat əvvəl
Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
Ən çox oxunanlar

Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Kolleclərə yeni təyinatlar olub

Azərbaycandan Rusiya gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb

Azərbaycana turist axını azalıb - Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
