“AzFinance 100 000 manat limit ayırdı" - GƏNC SAHİBKARLARA MÜJDƏ
Xəbər verdiyimiz kimi, Bakı Mühəndislik Universiteti Texnoparkı tərəfindən ildə bir dəfə keçirilən Yeni Fikir Müsabiqəsinə (YFM) start verilib. Müsabiqə gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir, təşəbbüskar gənclərlə investorlar arasında körpü rolunu oynayır və startapların işinə dəstək verir.
“Marja” xəbər verir ki, Azərbaycanın “AzFinance” İnvestisiya Şirkəti müsabiqədə diqqəti cəlb edəcək startaplara investisiya yatırmağa hazırdır.
“AzFinance” İnvestisiya Şirkətinin Direktor müavini İntiqam Səfərəliyev, “AzFinance olaraq müsabiqədə perspektivinə inanacağımız “startup”lara investisiya etməyi düşünürük. Bunun üçün 100 000 manat limit ayırmışıq”,- deyə bildirib.
Qeyd edək ki, "AzFinans" İnvestisiya şirkəti, "Khazar Venture" və "SUP.az" şirkətləri Müsabiqənin investisiya tərəfdaşları dır. Bu şirkətlərin nümayəndələri Münsiflər Heyətində də təmsil olunacaqlar.
www.yenifikir.az veb səhifəsindən istifadə etməklə layihələri qeydiyyatdan keçirmək olar.
"YFM 2017" aşağıdakı xronologiya əsasında həyata keçiriləcək:
Layihələrin "online" qeydiyyatı - 10 Mart 2017 - 20 Aprel 2017
Layihələrin "online" qiymətləndirilməsi - 25 Aprel 2017 - 05 May 2017
Yarımfinalçıların elan olunması - 06 May 2017
Yarım Final Proqramının keçirilməsi - 20 May 2017 tarixinə kimi
Final və Mükafatlandırma Proqramlarının keçirilməsi - 15 İyun 2017 tarixinə kimi
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 10 d. əvvəl
-
-
45 d. əvvəl
Aqrar sənayedə ilk: kalium sulfat artıq Azərbaycanda istehsal olunur
-
59 d. əvvəl
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
2 saat əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
2 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Aqrar sənayedə ilk: kalium sulfat artıq Azərbaycanda istehsal olunur
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Ən çox oxunanlar
İyunun 9-da gözlənilən hava şəraiti
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib









.webp)







.jpg)







