İrşad Electronics-dən Honor smartfonları barədə açıqlama
(®) İrşad Electronics-dən aldığımız məlumata əsasən, Honor smartfonları problemsiz şəkildə, öz qaydasında fəaliyyət göstərməyə davam edir!
Honor smartfonları öz keyfiyyəti və yüksək xidmət səviyyəsi ilə alıcılarının etibarını qazanmışdır.
Honor üçün alıcılarının etibarı isə ən dəyərli və önəmli amildir. İstərsə aktual, istərsə yeni model Honor smartfonlarında əməliyyat sistemi avtomatik olaraq yenilənir (hal-hazırda bu keçən həftə yenilənən IMUI 9.0.1. əməliyyat sistemidir).
Ən populyar Honor 8X və Honor 10 Lite modellərinin də əməliyyat sistemi artıq yenilənib. Honor smartfonlarında Google Play və Android daxil bütün servislər öz qaydasında fəaliyyət göstərməkdədir. Eyni zamanda yeni təqdim olunmuş Honor modellərində də bütün servislərin problemsiz şəkildə fəaliyyət göstərdiyini də təsdiqləmək istərdik. Bu modellər sırasında Rusiyanın, Böyük Britaniyanın, Fransanın, Almaniyanın və əlbəttə ki, Çinin bazarlarında xüsusi rəğbət qazanmış Honor 10i və Honor 20Series modellərini xüsusi qeyd etmək istərdik. Honor mayın sonunda təqdim olunan və iki həftə ərzində 1 milyondan çox sayda satılan Honor 20 modeli ilə öz seqmentində ən tələb olunan smartfon istehsalçısı olaraq qalır. Honor flaqmanlarının tezliklə Azərbaycan bazarında da alıcılara təqdim olunacağı isə çox sevindirici bir xəbərdir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
-
3 saat əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 6 saat əvvəl
-
6 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 6 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Ən çox oxunanlar
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
"FNC BOKT" da 15 faizlə borc alır


















