Rusiya şirkəti “Avrora” və “Delta Group” üçün kağız paket tədarük edəcək
Rusiya Federasiyasının Yaroslavl vilayətinin kiçik və orta müəssisələri Azərbaycan şirkətlərilə birbaşa əlaqələr yaratmaqda maraqlıdır.
Bu barədə Yaroslavl Vilayəti İxrac Mərkəzinin baş direktoru Natalia Baqrova bildirib.
“Azərbaycan bazarı Rusiya ixracatçıları üçün maraq kəsb edir. Üstəlik, iki ölkə arasında imtiyazlı gömrük rejimi qüvvədədir. Yaroslavl vilayətinin 3-6 iyun tarixləri Azərbaycana ezam edilmiş ilk işgüzar missiyası da bizim məhsullarımıza marağın olduğunu göstərib. Artıq mal tədarükünə dair müəyyən razılaşmalar əldə edilib, həmin missiyada yer almayan bir sıra istehsalçılar da azərbaycanlı tərəfdaşlarla görüşmək niyyətindədir”, - deyən rusiyalı məmur elə bu həftə yanacaq aşqarları istehsal edən TOTEK şirkətinin, həmçinin uşaq bağçaları üçün oyuncaqlar istehsal edən “Vavata” şirkətinin də Bakıya səfər edəcəyini diqqətə çatdırıb.
Bu ayın əvvəllərində Yaroslavl vilayətinin işgüzar missiyasının Azərbaycana səfəri zamanı kağız və yumşaq paketlər istehsalçısı olan “RosYarpak” MMC iki Azərbaycan şirkətilə kraft kağız paketlərinin tədarükü barədə razılıq əldə etmişdi. Şirkətin kommersiya direktoru Liubov Labayeva bildirib ki, artıq iki ildən artıqdır əməkdaşlıq etdikləri “Avrora” şirkəti üçün un və düyü üçün 1 milyondan artıq, “Delta Group” üçün də yarım milyon un üçün kağız paketi tədarük olunacaq.
Həmçinin kənd texnikası üçün hissələr istehsal edən “Astronaqro” şirkəti də azərbaycanlı tərəfdaşlara öz işgüzar təkliflərini təqdim edəcək.
Yaroslavl Vilayəti İxracat Mərkəzinin rəhbəri azərbaycanlı tərəfdaşlarla əməkdaşlığı daha da genişləndirmək məqsədilə orta və kiçik sahibkarlardan ibarət bu kimi işgüzar missiyaların gələcəkdə də təşkil olunacağını qeyd edib.
“Azərbaycan Milli Sahibkarlar Konfederasiyasında keçirilən görüş zamanı başqa istehsalçıların da Azərbaycana gəlmək arzusunda olduğu diqqətə çatdırılmışdı. İşgüzar heyətlərə iri şirkətlərin cəlb olunması isə artıq hökumət səviyyəsində mümkün olacaq, - deyən N.Baqrova Yaroslavl vilayətilə Azərbaycan arasında ticarət dövriyyəsinin xeyli artmasının da buna əlverişli zəmin yaratdığını bildirib.
“2018-ci ildə Rusiyanın Azərbaycana ixracatı 12,5 faiz olduğu halda, Yaroslavl vilayəti üzrə bu artım 71 faiz olaraq 13 milyon dollar təşkil edib. Region müəssisələri Azərbaycana qara metal məmulatı, yanacaq, mexanika avadanlığı, şüşə və şüşə məmulatı, kağız, kardon, ağac və taxta məmulatı, əczaçılıq məmulatı, kauçuk və rezin məmulatı, lak-boya, dəftərxana malları ixrac edir. Azərbaycandan isə neft, ərzaq, meyvə-tərəvəz və s. tədarük olunur”, - mərkəz rəhbəri qeyd edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
7 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
7 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
12 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 17 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb























