Azalacaq Xərciniz! - Sirli sloqanın açılışı məlum oldu
® Son günlərdə mütəmadi olaraq TV və radio kanallarında, küçə reklamlarında, metrolarda, elektron media portallarında hər birimizin böyük marağına səbəb olan bu sirli sloqanın açılışı nəhayət baş tutdu.
2000-ci ildə əsası qoyulan və artıq 20 ilə yaxındır ki, uğurla fəaliyyət göstərən “Mətanət A” şirkəti inşaat materiallarının istehsalı sektorunda lider şirkətlərdən biridir. Müasir texnoloji yeniliklər, innovativ texnologiyalar əsasında fəaliyyət göstərən zavodlarda istehsal olunan məhsullar həm ekoloji cəhətdən sağlam, həm də müxtəlif istiqamətlərdə xərclərə qənaət edilməsində mühüm yenilikləri özlərində əks etdirir. Bu ənənəsinə sadiq qalaraq “Mətanət A” şirkəti AZERLİME əhəng zavodu və zavodda istehsal olunan AZERLİME Suvaq Üçün Əhəng məhsulu geniş ictimaiyyətə təqdim etdi.
Təqdimat mərasimində çıxış edən “Mətanət A” Şirkətinin müşahidə şurasının sədri Elxan Bəşirov ölkədə sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən danışıb.
İş adamı bildirib: “Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar Azərbaycanda sahibkarlığın inkişafında yeni bir səhifə açıb və AZERLİME Əhəng zavodu da biz sahibkarlara yaradılmış münbit şəraitin nəticəsi olaraq ərsəyə gəlmiş və Azərbaycan inşaat sektoruna uzun illər xidmət edəcək bir müəssisədir.”
Tədbirdə çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnşaat materialları” kafedrasının müdiri, professor İradə xanım Şirinzadə bildirdi ki, AZERLİME suvaq üçün əhəng inşaat sektoru üçün inqilabi bir yenilikdir, aktivliyi yüksəkdir və AZERLİME qatılaraq hazırlanan suvaq çatlamır, istifadəsi rahatdır və antibakterialdır.
Qeyd edək ki, AZERLİME SUVAQ ÜÇÜN ƏHƏNG məhsulu qum - sement qarışığına qatılaraq əhəngli suvaq əldə edilir. Avropada, inkişaf etmiş ölkələrdə artıq geniş yayılmış əhəngli suvaq ənənəsini təqdim edən AZERLİME suvaq üçün əhəng məhsulu inşaat sektorunda, suvaq və hörgü işlərinin görülməsində unikal bir məhsuldur. AZERLİME məhsulu suvağın hazırlanmasında istifadə olunan sementi 50 %-ə qədər azaldır, eyni zamanda suvağın möhkəmliyini normada saxlayır və yekunda suvaq xərcinə 25%-ə qədər də qənaət edir. Əhəngli suvağın bir çox üstünlükləri mövcuddur. Belə ki, AZERLİME qatılaraq alınmış əhəngli suvağın tətbiqi daha rahatdır. Eyni zamanda daha çox səth suvanmaqla yanaşı, həmçinin antibakterial səth də əldə edilir.
Məlumat üçün bildirək ki, AZERLİME Əhəng Zavodunda sənayenin müxtəlif istiqamətlərində geniş istifadə olunan yüksək aktivliyə malik, stabil keyfiyyətli söndürülmüş və sönməmiş əhəng istehsal olunur. Bu zavodda istehsal olunan keyfiyyətli əhəng məhsuluna metallurgiya, qida, əczaçılıq, su təmizlənməsi, kənd təsərrüfatı, mədən sənayesi, səhiyyə, kimya sənayesi, plastik sənayesi, şüşə sənayesi, mədən sənayesi kimi vacib sektorlarda tələbat böyükdür. “Mətanət A” şirkəti bütün sənaye müəssisələrini, təmir-tikinti işləri həyata keçirən hər kəsi AZERLİME əhəng zavodunun yüksək aktivliyə malik və stabil keyfiyyətli əhəng məhsullarından istifadəyə çağırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
27 d. əvvəl
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
-
43 d. əvvəl
“SmartCustoms” və “e.customs.gov.az”a daxil olma imkanları barədə yenilik
- 43 d. əvvəl
-
51 d. əvvəl
Henkel Niderlandın örtük materialları şirkəti Stahl-ı satın alacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Özbəkistan və Azərbaycan 10 milyard dollarlıq investisiya paketi formalaşdırır"
-
1 saat əvvəl
Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar başlayıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
Henkel Niderlandın örtük materialları şirkəti Stahl-ı satın alacaq
"Bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar"
Ən çox oxunanlar
Azərbaycan-Özbəkistan İşgüzar Şurası yaradılacaq
"Alagöz Holdinq" Azərbaycana sərmayə qoyuluşunda maraqlıdır
Fevralın 5-də gözlənilən hava şəraiti - Çovğun müşahidə edilir
"Tərəflər ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmaq barədə razılığa gəliblər"
Qazaxıstanın aviadaşıyıcısı Bakı – Aktau – Bakı üzrə birbaşa reyslərə aviabiletlərin satışına başlayıb
Taleh Kazımov: "Sahəvi banklara ehtiyac yoxdur"
"Hazırda m10-da bütün əməliyyatlar tam bərpa olunub" - BƏYANAT






















