Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Mətanət A” şirkəti İnşaatçılar Gününü inşaatçı tələbələrlə qeyd etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Mətanət A” şirkəti İnşaatçılar Gününü inşaatçı tələbələrlə qeyd etdi

(®) Azərbaycanın tikinti materialları istehsalı sektorunda qabaqcıl şirkətlərdən biri olan “Mətanət A” şirkəti İnşaatçılar Günü münasibətilə Memarlıq və İnşaat Universitetində tədbirlər keçirib.

 

Reklam_3_11

Tədbirin rəsmi hissəsində şirkətin Müşahidə Şurasının sədri, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Prof. Dr. Elxan Bəşirovun “Quru inşaat qarışıqları komponentlərinin aktivləşdirilməsi ilə effektivliyinin artırılması” adlı kitabının təqdimat mərasimi baş tutub.

 

Mərasimdə çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Universitetin Elmi Şurasının üzvü  Bayram  Aslanov kitabı ali məktəb tələbələri üçün çox önəmli bir elmi araşdırma kimi qiymətləndirib. Universitetlərin bir çoxunun azərbaycandilli dərs vəsaitləri baxımından çətinliklərlə üzləşdiklərinə diqqəti yönəldən cənab Aslanov sırf inşaat sektoru ilə bağlı  olan şirkətin rəhbəri tərəfindən belə bir kitabın İnşaatçılar Günündə təqdim olunmasının  tələbələrə və inşaat sektorunun inkişafına verilən bir töhfə olduğunu vurğulayıb.  

 

Daha sonra çıxış edən “Mətanət A” şirkətinin Marketinq Departamentinin direktoru Tural Abbaslı inşaat sektorundakı yeniliklər, bu sahənin  inkişafı haqqında fikir söylədi. Məhz respublikamızda “İnşaatçılar Günü”nün təsis olunmasının da tikinti sektoruna olan xüsusi diqqət və qayğının göstəricisi olduğunu bildirib.

 

Tural Abbaslı həm şirkətin fəaliyyəti, məhsul kateqoriyaları, yenilikləri haqqında həm də Elxan Bəşirovun kitabı ilə bağlı da tələbələrə ətraflı məlumat verib: “Artıq 19 ildir inşaat sektorunda uğurla fəaliyyət göstərən “Mətanət A” şirkəti bu illər ərzində yerli və xarici istehlakçıların geniş rəğbətini qazanıb. 200-dən artıq ticarət markasına, 1000-dən çox məhsul çeşidinə malik şirkət, bu gün həm innovativ texnologiyaların tətbiqi, həm qloballaşma, həm də müasir menecment metodlarının tətbiqi nəticəsində öz sektorunda lider şirkətlərdən biri kimi uğurla fəaliyyət göstərməkdədir. Eyni zamanda təqdimatını etdiyimiz bu kitab da uzun müddətli elmi araşdırmaların nəticəsi kimi müasir Azərbaycanın tikinti sektorunda quru qarışıqların hazırlanmasına həsr olunan,  Ana dilimizdə yazılmış, önəmli kitablardan biridir. Tam əminəm ki, bu kitab inşaat sektorunda çalışan, təhsil alan hər kəs  üçün əvəzolunmaz bir vəsait  olacaq”.


Təqdimat mərasiminin sonunda kitabların bir hissəsi tələbələrə paylanıb, bir hissəsi isə ali təhsil ocağının kitabxanasına hədiyyə edilib.

 

Daha sonra tədbir “Mətanət A” şirkətinin Memarlıq və İnşaat Universiteti ilə birgə təşkil etdiyi  tələbələr arasında “Güc BİLİKdədir” adlı intellekt yarışı ilə davam etdirilib. “Mətanət A” şirkətinin markaları əsasında adlandırılmış “Mətanət A”, “Ağdağ”, “Rokol” və “AZERLIME” komandaları arasında gərgin bilik mübarizəsi olub. Tələbələrin də böyük diqqətlə izlədiyi maraqlı müsabiqənin nəticəsində komandalar arasında ən çox xal toplayan “Mətanət A” ən güclü komanda olaraq qalib olub. Qalib komandaya kubok, sertifikat, pul və digər hədiyyələrlə mükafatlandırılıb. Qeyd etmək lazımdır ki, hər zaman sektorun inkişafına xüsusi diqqət göstərən “Mətanət A” şirkəti artıq uzun müddətdir ki, Memarlıq və İnşaat Universiteti ilə əməkdaşlıq edir və mütəmadi olaraq elmi təcrübə proqramlarının təşkilində aktivlik nümayiş etdirir.  

11.04.2019 16:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ