“Xəzər İnşaat XXI Əsr” bu il 2 yaşayış kompleksini təhvil verməyi planlaşdırır
“Xəzər İnşaat XXI Əsr” şirkəti yaşayış komplekslərinin tikintisini ləngiməyə yol vermədən davam etdirir. Məqsəd bütün müştərilərə söz verilən vaxtda tikintini başa çatdırmaqdır. Tezliklə şirkətin yüzlərlə müştərisi yeni mənzilə köçmək sevincini yaşayacaqdır.
Hazırda “Xəzər İnşaat XXI Əsr” şirkəti Bakı şəhərində “Qara Qarayev” , “Memar Əcəmi” metroları yaxınlığında və Yeni Günəşli qəsəbəsi olmaqla 3 yaşayış kompleksinin tikintisini həyata keçirir.
16-CI MƏRTƏBƏSİ TİKİLİR
Şirkətdən “Marja”ya verilən məlumata görə, “Memar Əcəmi” layihəsində tikinti tam sürətlə davam edir və işlərin 75%-i görülüb. Artıq binanın 16-cı mərtəbəsi tikilir, 2017 -ci ilin avqust ayında mənzillər tam təmirli hazır olacaqdır.
İnşası 2016-cı ildə start götürmüş bu yaşayış kompleksi metronun Memar Əcəmi stansiyasının və “Moskva” univermağının yaxınlığında yerləşir. Tam hazır olduqda yaşayış kompleksi binası möhtəşəm fasadı ilə hər kəsi valeh edəcəkdir. Yaşayış kompleksinin ətrafında 2 orta məktəb, marketlər, tibb müəssisələri, onlarla restoran, kafe və şadlıq sarayları yerləşir.Qısası, hər şey bu kompleksdə yaşıyanların əli altında olacaqdır. Şirkət “Memar Əcəmi” layihəsində tam təmirli mənzilin 1 kv.m-ni 1680 manata təklif edir.
Əlavə edək ki, “Xəzər İnşaat XXI Əsr” şirkəti “Memar Əcəmi”də artıq yaşayış binalarından birini təhvil verib, hətta binanın kupçaları 1ay ərzində sakinlərinə təhvil veriləcək. Hazırda inşa edilən bina şirkətin həmin zonada yerləşən ikinci layihəsidir.
“YENİ GÜNƏŞLİ 2”DƏ 2 BİNANIN TİKİNTİSİ YEKUNLAŞIR
“Xəzər İnşaat XXI Əsr” şirkətinin digər iri yaşayış kompleksi layihəsi Yeni Günəşli qəsəbəsindədir. Şirkətin Yeni Günəşlidəki birinci layihəsi üzrə binalar 2016-cı ildə yaşayışa təhvil verilib. “Yeni Günəşli 1” layihəsi 4-ü 7 mərtəbəli, digər 4-ü isə 12 mərtəbəli binadan olmaqla cəmi 8 binadan ibarət yaşayış kompleksdir. Bu kompleks 3 ilə tikilərək təhvil verilib. Kompleksə aid binaların çıxarışlarının alınması yekunlaşmaq üzrədir. Hazırda inşası davam edən “Yeni Günəşli 2” layihəsi isə 9 binadan ibarətdir. Artıq 2016-cı ildə 1 bina yaşayışa təhvil verilib, 2 binada da təmir işləri yekunlaşmaq üzrədir. Layihəyə 2015-ci ilin sonunda start verilib. Əlavə edək ki, “Yeni Günəşli”də tam təmirli təhvil veriləcək mənzilin 1 kv.m-i 985 manatdan başlayan qiymətlər ilə təklif olunur.
“QARA QARAYEV” LAYİHƏSİNDƏ İKİNCİ BİNA BU AY HAZIR OLACAQ
“Xəzər İnşaat XXI Əsr”in 3-cü layihəsi “Qara Qarayev” metro stansiyası yaxınlığındadır. Artıq bir binasında yaşayış olan “Qara Qarayev” layihəsində də tikinti və təmir işləri sürətlə davam edir və layihə üzrə növbəti bina Mart ayının sonunda hazır olacaqdır.
“Qara Qarayev”də tam təmirli mənzilin 1 kv.m-i 1250 manatdan başlayan qiymətlər ilə təklif olunur. Layihənin Heydər Əliyev prospektinə və beynəlxalq hava limanına gedən yola yaxın olması binalara əlavə üstünlük verir. Bir sözlə, bu layihənin nəqliyyat problemi heç yoxdur.
TƏMİRLİ, “KUPÇA”LI MƏNZİLLƏR FAİZSİZ KREDİTLƏ
“Xəzər İnşaat”dan mənzil almış sakinlər Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla (kupça) təmin olunur. Tam təmirli və çıxarışlı mənzilləri faizsiz kreditlə əldə edə bilərsiniz. Kreditləşmə üçün tələb olunan sənəd sadəcə şəxsiyyət vəsiqəsidir.
Ətraflı: *6363
https://www.facebook.com/xazarinsaat/?fref=ts
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
-
14 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
14 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
14 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb

























