Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
"Kristal" müştərilər üçün daha rahat və çevik xidmət imkanları yaratmaq məqsədilə yeni Mərkəzi satış ofisini istifadəyə verib.
Ofis "Elmlər Akademiyası" metro stansiyası yaxınlığı, Hüseyn Cavid prospekti 78,"Merida Premium" layihəsində yerləşir.
Yeni satış ofisi "Kristal"ın Bakı, Sumqayıt və Xırdalan şəhərlərində yerləşən layihələr barədə məlumatı vahid məkanda təqdim edir. Müştərilər burada layihələrin ümumi konsepti, mənzil planları, qiymətlər və mövcud satış şərtləri ilə ətraflı tanış ola, fərqli variantları müqayisə edə və büdcələrinə ən uyğun seçimi edə bilərlər. Bu xidmət ödənişsiz əmlak konsultasiyası formatında həyata keçirilir və hər bir alıcıya fərdi yanaşma təqdim olunur.
Mərkəzi satış ofisində "City Garden Narimanov", "Park Yasamal", "Sahil Park Sumqayıt", "Biləcəri yaşayış kompleksi", "Kristal Towers", "Yeni Sumqayıt", "Highland Residence" və "Park Xırdalan" layihələri üzrə detallı məlumat əldə etmək mümkündür.
Hazırda şirkət müxtəlif satış mexanizmləri təklif edir. Müştərilərə 15%-dən başlayan ilkin ödənişlə 20 ilədək ipoteka, 12 və 36 ayadək faizsiz daxili kredit imkanları təqdim olunur.
Onu da qeyd edək ki, hazırda “Evini hissə-hissə al” kampaniyası da davam edir. Bu model kredit və faiz olmadan hissəli ödənişlə mənzil sahibi olmaq imkanı yaradır. Müştərilər bütün bu imkanları bir məkanda dəyərləndirərək öz gələcək planlarına ən uyğun qərarı verə bilərlər.
“Kristal”ın Mərkəzi satış ofisi mənzil seçimini daha rahat, şəffaf və əlçatan edir. Ətraflı məlumat üçün satış ofisinə yaxınlaşmaq və ya *1544 qısa nömrəsinə zəng etmək kifayətdir.
Ətraflı: *1544
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
12 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
























