Beynəlxalq Bankın 100 müştərisi hədiyyə qazandı
(®) Azərbaycan Beynəlxalq Bankının Yeni il ərəfəsində elan etdiyi növbəti stimullaşdırıcı lotereya kampaniyasının qalibləri məlum olub.
Lotereya 1 tirajdan ibarət olmaqla 9 mərhələ üzrə keçirilib. Qaliblər xüsusi proqram təminatı vasitəsilə təsadüfi seçim əsasında müəyyənləşiblər. Ümumilikdə 100 iştirakçı qalib olub. Mərhələlər üzrə 60 iştirakçı 100 manat, 15 iştirakçı 200 manat, 10 iştirakçı 300 manat, 5 iştirakçı 500 manat, 3 iştirakçı 1000 manat, 2 iştirakçı “Samsung Galaxy S9+” telefonu, 2 iştirakçı “Iphone X” telefonu, 2 iştirakçı “Macbook 12 M3 256” notbuku əldə edib.
BİRİNCİ YERİN QALİBİ isə BALİ ADASINA 2 nəfərlik (5* oteldə 1 həftə) SƏYAHƏT PAKETİ qazanıb. Lotereyanın nəticələri ilə buradan tanış olmaq olar. Nəticələr “Xalq qəzeti”ndə də dərc ediləcək.
Ölkəmizdə nağdsız ödəniş ənənələrinin genişləndirilməsinə dəstək və Azərbaycan Beynəlxalq Bankının kredit məhsullarına marağın artırılması məqsədilə dekabrın 20-dən bir ay müddətinə keçirilən lotereya kampaniyasına qoşulmaq üçün müştərilərə iki imkan yaradılmışdı. Belə ki, kampaniya müddətində Azərbaycan Beynəlxalq Bankının plastik kartları ilə istənilən ticarət-xidmət müəssisələrində POS-terminallarla, həmçinin elektron ticarət vasitəsilə ödəniş etmiş müştərilər hər 50 manatlıq ödənişə görə (və ya onun ekvivalenti) 1 uduş şansı qazanırdı. 50 manatdan daha az olan əməliyyat məbləğləri üst-üstə toplanırdı. Kampaniya müddətində Azərbaycan Beynəlxalq Bankından nağd pul krediti alan müştərilər də hər 500 manatlıq kredit məbləğinə görə 1 uduş şansı qazanırdılar. Eyni bir iştirakçı kampaniyada iştirak imkanlarının hər ikisindən istifadə edərək uduş şanslarının sayını istənilən qədər artıra bilərdi. Bank bu cür stimullaşdırıcı kampaniyaları gələcəkdə də davam etdirəcək.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
- 26 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti





















