AZAL İstanbula aviabiletin qiymətlərini endirdi
“Azərbaycan Hava Yolları” (AZAL) Bakı-İstanbul-Bakı istiqaməti üzrə aviareyslərdə yeni aksiya barədə elan edir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, 2019-cu il 25 fevral tarixinə kimi qeyd olunan istiqamət üzrə reyslərə aviabilet aldıqda qiymət 169 avro, əks istiqamətdə (İstanbul-Bakı-İstanbul) isə 189 dollar təşkil edəcək. Aksiya çərçivəsində uçuş tarixləri: 2019-cu il fevralın 1-dən 28-ə kimi. Qeyd edək ki, endirimli qiymətlərə aviabiletlərin sayı məhduddur.
Aviabiletin qiymətinə baqajın (23 kq-a kimi 1 yer), əl yükünün (10 kq-a kimi, 55*40*23 sm ölçülərdə) pulsuz daşınması və təyyarədə isti yemək daxildir.
Endirimli aviabiletləri uçuşa ən azı 72 saat qalmış AZAL-ın kassalarında, habelə www.azal.az saytında və aviaşirkətin rəsmi agentliklərində əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
28 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 30 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub



















.jpg)




