Ən yuxarı (mobil)-2_30

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, bu bölgədə hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 0-3 dərəcə isti təşkil edəcək.

 

Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava gözləyir. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 7-11, dağlıq rayonlarda 2-7 dərəcə isti təşkil edəcək.

 

Aran rayonlarında yağmursuz hava müşahidə olunacaq. Gecə və səhər saatlarında duman olacağı gözlənilir. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.

 

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 5-10 dərəcə isti təşkil edəcək.

 

Paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 7-10 dərəcə isti təşkil edəcək.

18.01.2019 15:08

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18