Daha 2 rayonda “KOB Dostu” fəaliyyətə başladı
Dekabrın 28-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Quba və Qusarda “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayıb.
Qubada “KOB Dostu”nun fəaliyyətə başlaması ilə bağlı keçirilmiş tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən olduğunu vurğulayıb, Agentliyin fəaliyyəti barədə məlumat verib.
Qeyd olunub ki, “KOB Dostu” sahibkarlara yeni kiçik və orta biznes sahələrinin yaranmasında, mövcud biznes fəaliyyətinin genişləndirilməsində xidmətlər, müxtəlif istiqamətlər üzrə dəstək göstərəcəkdir. Hazırda Masallı, Xaçmaz, Siyəzən, Şabran, Gəncə və Yevlaxda “KOB Dostu” fəaliyyət göstərir.
Natiq Həsənov Quba-Xaçmaz iqtisadi rayonunda və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarları “KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edib.
Həmçinin, tədbir çərçivəsində “KOB Dostu” ilə bağlı təqdimat keçirilib, fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə ətraflı məlumat verilib, sahibkarların sualları cavablandırılıb.
Sonra iştirakçılar “KOB Dostu”nun ofisi ilə tanış olublar. Texniki avadanlıqlar, internet və digər kommunikasiya vasitələri, maarifləndirici materiallarla təmin olunmuş ofisdə sahibkarlara xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.
“KOB Dostu”nun fəaliyyətə başlaması ilə əlaqədar Qusar Gənclər Evində də tədbir keçirilib. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov “KOB Dostu”nun sahibkarlara göstərəcəyi xidmətlər və dəstək tədbirləri barədə məlumat verib, yeni mexanizmin sahibkarların işini daha da asanlaşdıracağını qeyd edib, sahibkarların hüquqlarının müdafiəsində əhəmiyyətli olacağını diqqətə çatdırıb.
Qeyd edək ki, ümumilikdə, ölkənin 10 iqtisadi rayonu üzrə 60 “KOB Dostu”nun yaradılması və ilkin olaraq Bakıda “KOB Evi”nin təşkili işləri davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
3 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
8 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)







