Körfəz ölkələrinə ixrac missiyaları başa çatıb -MÜQAVİLƏ BAĞLANIB
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyaları Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi, Şarja şəhərlərinə və Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərinə təşkil edilib.
“Made in Azerbaijan” brendinin təşviqi, Azərbaycan məhsullarının körfəz ölkələrində tanıdılması məqsədi ilə təşkil olunan ixrac missiyalarına boya, mebeli, plastik borular və fitinq istehsalı, turizm, tekstil, nar şirəsi, fındıq, konserv məhsulları, çay, mineral suların istehsalı və s. sahələrdə fəaliyyət göstərən 29 Azərbaycan şirkəti daxil idi. Birləşmiş Ərəb Əmirliyinə təşkil olunmuş ixrac missiyası çərçivəsində Şarja şəhər Ticarət və Sənaye Palatasının nümayəndələri ilə keçirilən görüşdə ixrac imkanlarının genişləndirilməsi, iki ölkə sahibkarları arasında iqtisadi əməkdaşlığın inkişafı istiqamətində müzakirələr aparılıb. Bundan başqa, Azərbaycan sahibkarları Şarja hava limanında beynəlxalq azad iqtisadi zonada olub, “Sharjah Coop” və “Abu-dabi Coop” supermarketlərinin fəaliyyəti ilə tanış olublar.
Missiyalar çərçivəsində xarici şirkət nümayəndələri ilə keçirilən görüşlərdə Azərbaycan məhsulları barədə məlumat verilib, ixracın artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı təqdim olunan yerli məhsullar xarici şirkətlər tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, Azərbaycanın “Khan-El” şirkəti ilə BƏƏ-nin “Haghanyat General Trading” şirkəti arasında fındıq məhsulunun ixracına dair müqavilə bağlanıb. Müqaviləyə əsasən yaxın vaxtlarda şirkət tərəfindən BƏƏ-ə fındıq ixracına başlanacaq.
Missiya iştirakçıları Dubay şəhərində “Azərbaycan Ticarət evi”nin yaradılması işlərlərinin gedişi tanış olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























