Nazirlikdən “Ərzaq Tədarükü və Təchizatı”nın ləğv edilməsinə münasibət
Kənd Təsərrüfatı Nazirliyi (KTN) “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin ləğv edilməsi və Nazirliyin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin yaradılması ilə bağlı Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmana münasibət bildirib.
KTN-in İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov bildirib ki, təmsil etdiyi qurumun tabeliyində yeni səhmdar cəmiyyətin yaradılması zərurəti sözügedən fərmanın preambula hissəsində öz əksini tapıb.
“Ölkədə dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınması həyata keçirilir və ləğv olunan “Ərzaq Tədarükü və Təchizatı” ASC-nin əsas funksiyalarından biri də bu olub. Dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydalarında bu işin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi əks olunub. Yeni yaradılan Cəmiyyətin əsas funksiyalarından biri bu işi daha sistemli şəkildə qurmaq olacaq”, - deyə o qeyd edib.
V.Hüseynov əlavə edib ki, “Aqrar tədarük və təchizat” ASC ləğv edilmiş “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin hüquqi varisidir və fərmana uyğun olaraq, Nazirlər Kabineti ləğv edilən qurumun balansında olan dövlət əmlakını inventarizasiyasını və qiymətləndirməsini başa çatdırdıqdan sonra iki ay ərzində yeni qurumun balansına verəcək.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)









