“PMD Projects” yerli şirkətlər üçün “Satınalmalar Seminarı” təşkil etdi
26 noyabr tarixində Boulevard Hotel-də “PMD Projects” MMC-nin təşkilatçılığı ilə 100-dən çox yerli şirkətin iştirak etdiyi “Satınalmalar Seminarı” keçirilmişdir.
“PMD Projects” MMC daxili bazarda fəaliyyət göstərən səriştəli şirkətlərlə əməkdaşlığını gücləndirmək, həyata keçirdiyi tikinti, təmir-bərpa işləri üzrə layihələrə yeni şirkətləri cəlb etmək və ümumiyyətlə, “PMD Projects” MMC haqqında, onunla əməkdaşlığın yolları, mövcud satınalma qaydaları barədə ətraflı məlumat vermək məqsədilə artıq ikinci dəfədir ki, bu seminarı təşkil edir.
Tədbiri giriş sözü ilə “PMD Projects” MMC-nin direktoru Dəyanət Sədullayev açaraq şirkətin fəaliyyəti, həyata keçirilən işlər, sözügedən seminarın məqsədi barədə məlumat verdi. Bildirildi ki, mövcud və gələcək layihələrin icrası prosesində uyğun səriştəsi olan istənilən yerli şirkət “PMD Projects” MMC tərəfindən tam şəffaf şəraitdə təşkil olunan satınalmalarda iştirak etməyə dəvətlidir.
Daha sonra “PMD Projects” MMC-nin Təchizat üzrə direktor Tural Vəzirov geniş təqdimatla çıxış edərək şirkət tərəfindən ötən dövrdə icra olunmuş, hal-hazırda icrası davam edən və yaxın gələcəkdə icrası nəzərdə tutulan layihələr, eləcə də şirkətin satınalma qaydaları, tender prosesləri haqqında geniş məlumat verdi. Təqdimat bitdikdən sonra tədbir iştirakçılarının sualları cavablandırıldı.
Tədbirin sonunda isə “PAŞA Bank”-ın nümayəndələri tərəfindən korporativ müştərilər üçün nəzərdə tutulan korporativ kreditləşmə, faktorinq xidmətləri və bank zəmanətləri kimi bank məhsullarına dair ətraflı məlumatlar tədbir iştirakçılarına təqdim olundu.
Ümumiyyətlə qeyd edək ki, hal-hazırda icra olunan və gələcəkdə icrası nəzərdə tutulan layihələrdə mülki tikinti (dəmir-beton), mexanik və elektrik sistemlərinin təchizi və quraşdırılması, daxili bəzək işlərinin yerinə yetirilməsi ilə əlaqədar yerli bazarın ixtisaslı şirkətləri “PMD Projects” MMC-nin satınalmalar departamentinin e-mail ünvanına ([email protected]) özləri haqqında qısa məlumat göndərməklə, həmçinin, 012 505 04 00 telefon nömrəsi ilə əlaqə saxlamaqla təchizatçılar siyahısına qatılıb, növbəti layihələrdə iştirak niyyətlərini bildirə bilərlər. Həmçinin, şirkətə dair daha ətraflı məlumatı www.pmdprojects.az internet səhifəsindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
7 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
7 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
12 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 17 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
























