Daha 12 bölgənin sakinlərinə PULSUZ 4G İnternet!
Ölkənin ən iri və sürətli mobil şəbəkəsindən tamamilə pulsuz istifadə etmək üçün unikal fürsət
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin daha 12 bölgəsinin sakinlərinə 5 Giqabayt həcmində PULSUZ 4G interneti əldə etmək və telekommunikasiya bazarında ən müasir texnologiya və ən yüksək müştəri təcrübəsi ilə tanış olmaq fürsəti qazandırır.
Bakcell əhatə dairəsi və şəbəkə həcmi baxımından ölkənin ən böyük 4G (LTE) şəbəkəsinə malikdir. Şirkətin 1500-dən çox LTE baza stansiyası ilə saniyədə 225 meqabitə qədər sürəti dəstəkləyən 4G şəbəkəsi gündən-günə genişlənir və artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzini əhatə edir. Özünün 4G şəbəkəsinin əhatə dairəsini Azərbaycanın bölgələri üzrə sürətlə genişləndirən Bakcell həmin bölgələrdə yaşayan abunəçilər üçün təşkil edilmiş xüsusi kampaniya çərçivəsində 4G şəbəkəsində istifadə etmək üçün 5 Giqabayt PULSUZ İnternet hədiyyə edir. Bu dəfə Kürdəmir, Ağdaş, İmişli, Masallı, Şəmkir, Mingəçevir, Hacıqabul, Lerik, Tovuz, Ağcabədi, Daşkəsən və Göyçayda yaşayan abunəçilər pulsuz internet trafiki əldə edib ölkənin ən sürətli və etibarlı mobil şəbəkəni sınaqdan keçirməyə imkan qazanıblar. Qeyd edək ki, bundan əvvəl həmin kampaniya Azərbaycanın digər 20 bölgəsində həyata keçirilib.
4G texnologiyası mobil cihaz vasitəsilə həyata keçirilən yükləmə, video zəng, mobil televiziya və ya sosial şəbəkələrdən istifadə kimi əməliyyatların sürətini əhəmiyyətli dərəcədə yüksəltmək üçün yaradılmış dördüncü nəsil simsiz məlumatötürmə şəbəkəsidir. 4G əsasən daha sürətli, rahat və sabit texnologiya deməkdir. Bakcell şirkətinin qurduğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smatrfonlarının ən maraqlı funksiyalarından tam şəkildə yararlanmaq imkanı verir. Bu isə o deməkdir ki, sözügedən texnologiya sayəsində Bakcell abunəçiləri yüksək həllolma əmsalı ilə 4K kontentini izləmək və yükləmək, əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video izləmək, canlı konsert və idman proqramlarına baxmaq və mürəkkəb yeni nəsil mobil tətbiqetmələrindən istifadə etmək imkanına malikdirlər.
Yuxarıda qeyd olunan bölgələrin sakinləri 23 oktyabr – 8 yanvar tarixləri arasında keçiriləcək bu kampaniyada iştirak etmək üçün sadəcə telefonda *304#YES kodunu yiğmalı və cihazın ayarlarında 4G/LTE şəbəkəsini şeçməlidirlər.
Kampaniya zamanı təqdim olunan PULSUZ internet trafikindən istifadə etmək fürsəti hər abunəçiyə yalnız bir dəfə verilir. Kampaniyadan yararlana bilmək üçün abunəçinin mobil cihazı 4G şəbəkəsini dəstəkləməli və 4G SİM-kartla təmin olunmalıdır. Qeyd edək ki, yuxarıda qeyd olunan bölgələrdə yaşayan Bakcell abunəçiləri yaşadıqları əraziyə yaxın olan Bakcell Müştəri Xidməti Mərkəzinə və ya “Bakcell”in diler dükanına yaxınlaşıb öz köhnə SİM kartını yeni 4G SİM-kartı ilə PULSUZ dəyişə bilərlər. Həmin bölgələrdə yerləşən diler dükanlarının ünvanları aşağıdakı linkdədir: https://www.bakcell.com/az/free_5_gb_internet_on_4g_network
5GB həcmində PULSUZ internet yalnız “Bakcell”in 4G şəbəkəsində 30 gün ərzində istifadə oluna bilər. Həmçinin, hədiyyə 5GB paketi yalnız yuxarıda qeyd olunan rayon və şəhərlərin ərazisində istifadə oluna bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
1 gün əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
2 gün əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
3 gün əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
3 gün əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
3 gün əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Martın 28-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
























