Yeni yaşayış kompleksi istifadəyə verildi - 452 MƏNZİL
Sentyabrın 18-də, Neftçilərin peşə bayramı ərəfəsində neftçilər üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 28 May küçəsində 5c və 18c ünvanında inşa edilmiş 7 ədəd 9 mərtəbəli yeni yaşayış kompleksinin istifadəyə verilməsinə həsr olunmuş təntənəli mərasim keçirilib.
"Marja" SOCAR-a istinadən xəbər verir ki, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər.
Məlumat verilib ki, “Neftçi” mənzil-tikinti kooperativi binaların tikintisinə 2016-cı ilin yanvarından başlayıb. 28 may küçəsində istifadəyə verilən yeni binalarda 452 mənzil var. Binalarda ümumilikdə 27 ədəd dörd otaqlı, 199 ədəd üç otaqlı, 199 ədədi iki otaqlı və 27 ədədi isə bir otaqlı mənzillər vardır. Binalar su, elektrik xətti və təbii qazla təchiz edilib. Tam təmirli mənzillər mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunmuş, binaların həyətində istirahət guşəsi yaradılmış, ətrafı abadlaşdırılıb.
Yeni mənzil alan neftçiləri təbrik edən SOCAR prezidenti Rövnəq Abdullayev demişdir: “Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları neftçilərin sosial şəraitinin yaxşılaşdırılmasını daim diqqətində saxlayır. Bu istiqamətdə həyata keçirilən tədbirlərimizdən biri də əməkdaşlarımızın növbəlilik əsasında mənzillərlə təmin edilməsidir. Biz bundan sonra da bu işlərimizi davam etdirəcəyik".
Daha sonra Rövnəq Abdullayev binaların açılışını bildirən rəmzi qırmızı lenti kəsərək, burada mənzil alan neftçilərə order və açarları təqdim edib.
Xatırladaq ki, mənzil uçotunda olan neftçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 2010-cu ildən “Neftçi” mənzil-tikinti kooperativi yaradılıb. Kooperativ yeni yaşayış binalarının tikintisi ilə məşğuldur. Hazırda Qaraçuxur qəsəbəsində coxmənzilli binanın tikintisini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
33 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)




