“Üçüncü Bahar” layihəsinin həmtəsisçiləri Türkiyədə görüşlər keçiriblər
Təqaüdçülərin asudə zamanlarının səmərəli təşkilinə yönəlmiş sosial layihənin təsisçiləri Türkiyədə səfərdə olublar.
“Üçüncü Bahar” layihəsinin həmtəsisçiləri Nərmin Qəniyeva və Natəvan Yusifova ilə cari ilin 29 avqust tarixində Türkiyədə 48 illik tarixə malik, ölkə üzrə 108 şöbəsi olan “Türkiyə Əməklilər Dərnəyi” nin nümayəndələri arasında görüş keçirilmişdir.
Görüş zamanı Türkiyə Əməklilər Dərnəyi Üsküdar şöbəsinin rəhbəri Fatma Önerge dərnəyin fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.
Hazırda dərnəyin 10.000 nəfər təqaüdçü üzvü var. Nümayəndələrimiz Üsküdar dərnək üzvləri üçün fəaliyyət göstərən “İkinci Bahar” kafesini ziyarət etmiş və onların iş prinsipləri ilə tanış olmuşlar.
Əlavə olaraq Üsküdar təqaüdçüləri üçün yaradılmış bostan ziyarət edilərək məhsul yığımında iştirak etmişlər.
Üsküdar Bələdiyyə Başkanı Hilmi Türkmən “Üçüncü Bahar” nümayəndələrini qəbul edərək, layihə haqqında geniş müzakirələr aparılmışdır. Üsküdar bələdiyyəsi nəzdnində fəaliyyət göstərən “Kadın El İşleri” layihəsi haqqında detallı müzakirələr aparılmışdır. Gələcəkdə Türkiyə tərəfi ilə baş tuta biləcək əməkdaşlıq imkanları geniş müzakirə edilib və Türkiyə nümayəndəliyinin Azərbaycana gözlənilən səfəri haqqında danışıqlar aparılıb.
Qeyd edək ki, “Üçüncü Bahar” təşəbbüs qrupu 2017 -ci ildən fəaliyyət göstərərək təqaüdçülərin asudə zamanlarının səmərəli təşkilinə yönəlmiş sosial layihədir. Layihə çərçivəsində YAŞA mərkəzi fəaliyyət göstərir. Təqaüdçülər mərkəzə üzv olaraq maraq dairələrinə uyğun, maarifləndirici, sağlamlıq, yaradıcılıq istiqamətlərində keçirilən tədbirlərdə sərbəst şəkildə iştirak edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
13 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 34 d. əvvəl
-
38 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
52 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı




















