Bakıda "Ai-92" benzini 1 ay istehsal olunmayacaq
SOCAR Rusiyadan benzin idxalı haqqında müqavilələr bağlayacaq
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu oktyabr ayında əsaslı təmirə dayandırılacaq.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə bildirib.
"İllik əsaslı təmir işləri Neft Emalı zavodu ilə yanaşı, "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda da həyata keçiriləcək. Neft Emalı Zavodunda istehsal 1 ay, Etilen-Polietilen Zavodunda isə 40-45 gün ərzində dayandırıla bilər. Lakin işlərin gedişatından asılı olaraq müddət dəyişə bilər",- deyə vitse-prezident qeyd edib.
Onun sözlərinə görə, Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalın dayandırılması zamanı daxildə "Ai-92" markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək və bununla bağlı saziş gələn ay imzalanacaq:
"Aİ-92"markalı benzin idxalı ilə bağlı iyun ayında saziş imzalanması nəzərdə tutulur. İdxal üçün ən əlverişli bazar Rusiyadır. Bu həm logistika baxımından, həm qiymət, həm də keyfiyyət baxımından sərfəlidir. Lakin bu markalı benzinin idxalı daxili tələbatdan asılıdır. Bizim fikrimizcə, kiyafət qədər benzin ehtiyatı mövcuddur. Lakin yay mövsümündə daxildə hansı həcmdə "Ai-92" markalı benzinə tələbat olacağını müəyyən etmək çətindir. Benzin istehlakı may ayı göstəricisi ilə eyni olarsa, o zaman yaradılan ehtiyatlar kifayət edəcək, idxala ehtiyac yaranmayacaq. Lakin tələbat may göstəricilərini üstələyərsə, bu markalı benzin idxal ediləcək".
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
© Report
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 d. əvvəl
-
56 d. əvvəl
ABŞ–İran arasında gərginliyin azalması fonunda neft qiymətləri 4%-dən çox düşüb
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Qızıl daha da ucuzlaşdı - Qiyməti düşməkədə davam edir
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
Ən çox oxunanlar
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir










.png)













