SOCAR-ın payı olan şirkət zərərdə!
Ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyət göstərən "Ekol Mühəndislik Xidmətləri" QSC 2017-ci ili zərər ilə 1 milyon 151 min manat zərər ilə başa vurub. QSC 2016-cı ili 542 min manat xalis mənfəət ilə başa vurmuşdu.
"Marja", QSC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-cı illə müqayisdə "Ekol Mühəndislik Xidmətləri"nin cəmi gəlirəri 13% ataraq 11 milyon 467 min manat təşkil edib. QSC 2016-cı ildə 10 milyon 153 min manat cəmi gəlir əldə etmişdi.
Ötən il "Ekol Mühəndislik Xidmətləri"nin cəmi xərcəri isə 25% artaraq 14 milyon 162 min manat təşkil edib. 2016-cı ildə QSC-nin cəmi xəcləri 11 milyon 355 min manat təşkil etmişdi.
Xərclər gəlirlərdən yüksək olduğundan QSC-nin 2 milyon 695 milyon manat əməliyyat zərəri yaranıb. "Birgə müəssisənin maliyyə nəticələrində pay" üzrə 1 milyon 586 min manat daxil olduğundan zərər 1 milyon 151 min manatadək azalıb.
"Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (51%) və xarici investor "Lancer Services S.A." Şirkətinin (49%) pay iştirakı ilə bağlanmış 01.03.2006-cı il tarixli müqavilə əsasında təsis edilmiş, 17.04.2006-cı il tarixdə Qapalı Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formada hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir.
Müəssisənin fəaliyyətinin əsas məqsədi Respublika hüdudlarından kənarda və Respublika daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-notrmativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
5 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
5 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR


















