Facebook TV gəlir
Facebook TV üçün geri sayım başlayıb.
Televizorlar və Apple TV kimi digər cihazlar üçün video əsaslı yeni bir tətbiq hazırladığı bildirilən Facebook, istifadəçilərin daha çox video məzmunlardan istifadə etməsini istəyir.
Video reklamlar üçün yeni və heç olmadığı qədər iddialı bir platforma hazırlayan Facebook, öz orginal məzmunlarının da istehsalına başlaya bilər.
Mobil TV
Wall Street Journal-ın mövzuya yaxın mənbələrə əsasən paylaşdığı xəbərə görə, Facebook, reklam gəlirlərinin yavaşlamadan artmağa davam etməsi üçün video əsaslı bir sosial şəbəkəyə çevrilir. Xəbərdən başa düşülən, Facebookun bu günə qədər etdiyi video yeniliklərinin buzdağının sadəcə görünən tərəfi olduğudur. 2015-ci ildə video yeniliklərinə ağırlıq verməyə başlayan Facebook üçün video, keçdiyimiz il o qədər vacib hala gəldi ki, bəzi işçiləri platformanı "mobil TV” deyə adlandırmağa başladı. İstifadəçilərə ilk mərhələdə istədikləri videonu izlətdirən və yeni videolar təqdim edən Facebook, qısa bir müddət əvvəl canlı video xüsusiyyətini aktiv etdi; indi isə sıra yüksək keyfiyyətli məzmunlara gəlib çıxdı.
Mobildən video üstünlüklü sosial şəbəkəyə
Yüksək keyfiyyətli video məzmunları, TV bənzəri, 10 dəqiqədən uzun orginal məzmunları əhatə edir. Bunlar ssenarili verilişlər, idman ya da əyləncə məzmunlarını əhatə edir. Facebook ilə bağlı keçən ilin axrına doğru, orginal məzmunlara maddi dəstək göstərəcəyi ya da satın alacağı barədə xəbərlər eşitməyə başlamağımız da bu inkişafı təsdiqləyir. Facebookun yeni video planları ilə bağlı orginal məzmun prosesi, şirkətin Qlobal Strategiyalar Departamentinin rəhbəri Ricky Van Veen tərəfindən idarə edilir. Van Veen, Facebook-a məşhur CollegeHumor saytından transfer olmuşdu.
Xəbərə görə Facebookun video əsaslı hala gəlmə prosedurunda, video, şirkətin bütün məhsul və servislərinə inteqrasiya edilir. Facebook, keçən həftə Instagram Stories-ə oxşar bir məhsul üzərində testlərə başlamışdı. Instagram Stories daxil şirkətin Snapchat klonlama cəhdləri video istifadəsini artırmağa istiqamətlənmiş bir metod axtarışıdır. Facebook 90 saniyə və üzəri uzunluqdakı videoları xəbər lentində irəli çıxararaq, video reklamların da daha çox izlənməsinə şərait yaradacağa oxşayır.
Video, bütün Facebook məhsullarına inteqrasiya edilir
Video reklamlar mövzusunda, yaxın zamanda video ortasında görünən reklamları təqdim edən Facebook, bunları hələki canlı yayımlar üçün istifadə edir ancaq bu formatın bütün videolara tətbiq olunması gözlənilir. TV yayımlarını xatırladan reklam formatı, bir videonun ən az 20 saniyə izlənməsi halında 15 saniyəlik video reklamlar göstərilməsinə şərait yaradır. Facebook, YouTube-dan fərqli olaraq videodan əvvəl göstərilən reklamlara qarşıdır.
Facebookun yeni video mərkəzli tətbiqi, orginal və premium video məzmunlarına ev sahibliyi edəcək. Facebook, bunun üçün produserlərlə görüşməyə davam edir.
Dünya üzrə reklam xərcləmələrinin statistikalarına baxsaq, rəqəmsalın bu il ilk dəfə TV reklam xərcləmələrini geridə qoyması gözlənilir. Yəni TV, hələ də rəqəmsalın qarşısında yıxılmamış son qalanı təmsil edir. Facebookun yeni video tətbiqi, bu qalanı içdən fəthetmək üçün ilk və ən vacib addımdır.
©365.az
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
39 d. əvvəl
Aqrar sənayedə ilk: kalium sulfat artıq Azərbaycanda istehsal olunur
-
-
53 d. əvvəl
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
2 saat əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
2 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Aqrar sənayedə ilk: kalium sulfat artıq Azərbaycanda istehsal olunur
Nazirə yeni müşavir təyin edilib
Ən çox oxunanlar
İyunun 9-da gözlənilən hava şəraiti
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib











.webp)














