"Saipem S.p.A." şirkəti Azərbaycandakı nümayəndəliyini ləğv edir
İtaliyanın "Saipem S.p.A." şirkəti Azərbaycandakı nümayəndəliyini ləğv edir.
Bu barədə şirkətin kreditorlarına müraciətində deyilir.
Müraciətə görə, kreditorlar 2 ay ərzində öz tələblərini Nizami küçəsi 96, Landmark 1-in 3-cü mərtəbəsində yerləşən ünvana bildirə bilərlər.
Qeyd edək ki, "TAP AG" Konsorsiumu İtaliyanın "Saipem SpA" şirkəti ilə Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası layihəsinin dəniz hissəsi ilə bağlı Mühəndislik, Təchizat, Tikinti və Quraşdırma (EPCI) üzrə müqavilə imzalayıb.
XXX
İtaliyanın "Saipem" şirkəti, "Saipem S.p.A." şirkəti Azərbaycandakı nümayəndəliyini ləğv edir" xəbərinə münasibət bildirib.
Şirkətdən "Marja"ya daxil olmuş məlumatda deyilir ki, "Saipem" şirkəti Azərbaycan Respublikasında fəaliyyətini dayandırmır və bu günə qədər ölkədə neft və qaz sənayesində aparılan ən önəmli layihələrdə əsas podratçıdır:
""Saipem" şirkəti həqiqətən də Azərbaycanda artıq heç bir biznes işlərə cəlb olunmayan "Saipem S.p.A." Azərbaycan nümayəndəliyi ilə fəaliyyətini bitirmək prosesindədir.
Lakin xatırlatmaq istərdik ki, "Saipem" şirkəti hal hazırda ölkədədir və fəaliyyətini "Saipem Contracting Netherlands B.V." Azərbaycan filialı ilə fəaliyyətini davam etdirir".
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
4 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
5 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
6 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib

























