SOCAR İstiqrazlarının qiyməti yüksəlib
Azərbaycanın qiymətli kağızlar bazarında ciddi qiymət artımı qeydə alınıb. Ölkədə ən çox alınıb-satılan qiymətli kağızlar olan SOCAR İstiqrazlarının qiyməti yüksələrək, 1010 dolları keçib.
İstiqrazların marketmeykeri olan "PSG Kapital" investisiya şirkətindən "Marja"ya verilən məlumata görə, hazırda birjada SOCAR İstiqrazlarının alış qiyməti 1004,80 dollar, satış qiyməti isə 1010 dollardır.
Bu göstərici həftənin əvvəlindəki qiymətlərdən xeyli yüksəkdir. Belə ki, noyabrın 20-də SOCAR İstiqrazlarının alış qiyməti 1003.2 dollar, satış qiyməti isə 1007,6 dollar idi.
Xatırladaq ki, hazırda SOCAR İstiqrazlarını yalnız təkrar bazardan, yəni birja vasitəsilə istiqrazın hazırkı sahiblərindən almaq mümkündür. İstiqraz sahibləri isə onları 1010 dollardan aşağı satmaq istəmirlər.
Maraqlıdır ki, istiqrazların qiyməti adətən ödəniş tarixinə az müddət qalanda bu həddə çatırdı. İndi isə faiz ödənişinə hələ 2 aya yaxın müddət qaldığı halda, qiymətlər yüksəlməkdədir.
"PSG Kapital"dan bildirilib ki, bahalaşmaya səbəb istiqrazlara tələbatın kəskin artmasıdır, bazardakı təklif bu tələbi qarşılaya bilmir: "Hazırda həm fiziki, həm də hüquqi şəxslər tərəfindən istiqrazların alışı üzrə çoxsaylı təkliflər var. Amma təkrar bazardakı təkliflər bu tələbi qarşılaya bilmir".
İstiqraza tələbatın artmasının bir neçə səbəbi var. Əvvəla, kağızların buraxılmasından keçən bir il ərzində istiqrazlar üzrə faizlər qrafik üzrə vaxtında ödənilib. Bu dövrdə istiqraz sahibləri 5 milyon dollar qazanc götürüblər.
Digər səbəb, istiqazların hazırda bazarda ən yaxşı şərtlər təklif etməsidir. Nominal qiyməti 1000 dollar olan, dollarla illik 5% gəlir gətirən SOCAR İstiqrazları, digər alətlərdən daha çox qazanc təmin edir.
SOCAR-ın tətbiq etdiyi geri alma zəmanəti sayəsində isə istiqrazların qiyməti heç vaxt 1000 dollardan aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə pula çevirmək mümkündür. Qeyd edək ki, nəinki Azərbaycanda, hətta region ölkələrində heç bir qiymətli kağız üçün belə zəmanət mövcud deyil.
Bütün bunlar qiymətli kağızlara marağın və qiymətlərin yüksəlməsi ilə nəticələnib. Xatırladaq ki, istiqrazlar üzrə növbəti faiz ödənişi 2018-ci ilin əvvəlində olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















