Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb

Dövriyyədə olan pul 19,6 milyard manata yüksəlib
AzVak-mobil_resmin_ustu_31
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

2025-ci ildə dövriyyədə olan kağız və metal pulların cəmi həcmi 17 milyard 449 milyon 91 min manatdan 19 milyard 563 milyon 427 min manata yüksəlib. Artım 2 milyard 114 milyon 336 min manat və ya 12,1% təşkil edib.

Bu barədə Marja.az Azərbaycan Respublikasının Mərkəzi Bankının 2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir.

İş elanları AzVak.az-da

Dövriyyədə olan kağız və metal pullar 2024-cü ildə 130 milyon 896 min manat artmışdı. 

Dövriyyədə olan kağız və metal pul nişanları Mərkəzi Bankın qanunvericilikdən irəli gələn funksiyalarına uyğun olaraq tədavülə buraxılan pul nişanlarını əks etdirir. Dövriyyədə olan kağız və metal pul nişanları maliyyə hesabatında nominal dəyərlə əks olunur və buraya Mərkəzi Bankın xəzinələrindəki kağız və metal pul nişanları daxil edilmir.

Dövriyyədə olan kağız və metal pullar Bank tərəfindən Azərbaycan Respublikasının milli valyutasında buraxılmış pul nişanlarıdır. Bu, 1 yanvar 2006-cı il tarixindən dövriyyəyə buraxılmış yeni nümunəli Azərbaycan manatı (AZN), 1992-ci ildə milli valyuta tətbiq edildikdən etibarən dövriyyəyə buraxılmış və hazırda tədavüldən çıxarılmış köhnə nümunəli Azərbaycan manatı (AZM) və tədavülə buraxılmış yubiley və xatirə pul nişanlarının nominal dəyərlərinin cəmidir.

31 dekabr 2025-ci il tarixində tamamlanan il ərzində Bank çap şirkətlərindən 3 milyard 26 milyon 808 min AZN (2024: 84 milyon 140min AZN) məbləğində yeni kağız və metal pul nişanları təhvil almışdır.

dövriyyədə olan pullar kağız pullar metal pullar Azərbaycan manatı AZN Mərkəzi Bank Azərbaycan Mərkəzi Bankı AMB pul nişanları milli valyuta pul dövriyyəsi nağd pul dövriyyəsi dövriyyədəki pul həcmi 2025 pul dövriyyəsi 2025 Mərkəzi Bank hesabatı Mərkəzi Bank maliyyə hesabatı konsolidə edilmiş maliyyə hesabatı dövriyyədə olan kağız və metal pullar pul kütləsi manat dövriyyəsi yeni kağız pullar yeni metal pullar yeni pul nişanları Azərbaycan manatının dövriyyəsi kağız və metal pul artımı pul nişanlarının nominal dəyəri tədavüldə olan pullar tədavülə buraxılan pullar 2025-ci ildə pul artımı Mərkəzi Bankın pul nişanları Azərbaycan milli valyutası AZM köhnə Azərbaycan manatı yeni Azərbaycan manatı yubiley pul nişanları xatirə pul nişanları pul çapı Mərkəzi Bankın xəzinəsi Marja.az iqtisadiyyat xəbərləri maliyyə xəbərləri
03.06.2026 07:29
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19