Bratislava ilə Bakı arasında birbaşa uçuşlara bu ilin payızında başlanılacaq
Bratislava ilə Bakı arasında birbaşa uçuşlara 2026-cı ilin oktyabrından etibarən başlanılacaq.
Bunu Slovakiya parlamentinin spikeri Rixard Raşi Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə mətbuat konfransında bəyan edib.
Raşinin sözlərinə görə, Slovakiya ilə Azərbaycan arasında əməkdaşlıq energetika, müdafiə sənayesi və turizm daxil olmaqla müxtəlif sahələrdə fəal şəkildə inkişaf edir.
"Ölkələr arasında bağlantı insanların sərbəst hərəkət edə və qarşılıqlı əlaqə qura bildikləri zaman ən effektiv şəkildə təmin olunur. Bu baxımdan qeyd etmək vacibdir ki, bu ilin oktyabrından etibarən bu yeni istiqamətin potensialından maksimum istifadə etmək üçün paytaxtımız Bratislava ilə Bakı arasında birbaşa uçuşlara başlayacağıq", - o vurğulayıb.
Spiker həmçinin xatırladıb ki, bu ilin fevralında Azərbaycan ictimaiyyəti və biznes icması üçün Slovakiyanı cəlbedici istiqamət kimi tanıtmaq məqsədilə Slovakiya Turizm Məlumat Mərkəzi fəaliyyətə başlayıb.
Raşi əminliyini ifadə edib ki, Azərbaycan getdikcə daha çox slovakiyalı turisti və iş adamını cəlb etdiyi kimi, Slovakiya da azərbaycanlı turistlər və iş adamları üçün populyar istiqamətə çevriləcək.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























