"1 hekat çay plantasiyasının salınması 15-20 min manat tələb edir"
Masallı rayonunun Kolatan kəndindəki çayçılıq-tinglik təsərrüfatının rəhbəri Mübariz Abuşov çayın iqtisadi cəhətdən səmərəli olduğunu deyib:
“Çay bitkisinin əkildiyi sahədən 70-80 il keyfiyyətli məhsul əldə etmək olur. Bu, onun digər çoxillik bitkilərdən iqtisadi cəhətdən rentabelli olmasına əsas verir. Heç bir çoxillik bitki çay kimi mövsüm ərzində 3-4 dəfə məhsul vermir.
Son dövrlərdə dövlət tərəfindən kənd təsərrüfatına diqqətin artırılması, iqtisadi zonalar üzrə ənənəvi əkinçiliyə üstünlük verilməsi məni də ruhlandırıb, çoxdan arzuladığım doğma çayçılığın yenidən bərpa olunması məqsədilə tingçilik təsərrüfatı yaratmağa başladım.
Ötən il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsərrüfatımıza çay tingçiliyi ilə məşğul olmaqdan ötrü şəhadətnamə verildi. Ailəmizin mülkiyyətində olan 1,2 hektar əkin sahəsinin 0,30 hektarını çay tinglərinin əkininə ayırdıq. Vəsaitimiz hesabına çay toxumu alıb, tinglər yetişdirdik. Onun satışını qonşu Lənkəran rayonunda həyata keçirdik.”
Bu il tinglik təsərrüfatında 0,25 hektar sahədə çay toxumu əkildiyini, bu tinglərdən 1 hektar sahədə yeni çay plantasiyasının salınmasının planlaşdırıldığını, bunun üçün 15-20 min manat vəsait tələb olunduğunu qeyd edən fermer, dövlət tərəfindən güzəştli şərtlərlə lazımı vəsaitin verilməsi Kolatan kəndində torpaq payçılarının birləşərək yeni çay plantasiyalarının salınmasına səbəb olacağını bildirib.
Kolatan kəndində 100 hektar çay plantasiyasının salınmasının mümkün olduğunu, bunun üçün su bəndlərinin bərpa edilməsinin, subartezian quyuların qazılmasının, zəncirli şum traktorların alınmasının vacibliyini vurğulayan M.Abışov Masallıda çayçılığın əvvəlki şöhrətinin bərpa olunacağına əminliyini ifadə edib.
M.Abışov bu sənədin kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafının təmin edilməsində və bu sahədə çalışan insanların sosial rifahının yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 saat əvvəl
-
1 gün əvvəl
İlin sonuna qədər Astara terminalının inşasında əsas işlər yekunlaşacaq
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş olub
-
2 gün əvvəl
"Effektinvest" MMC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib
-
2 gün əvvəl
AccessBank Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib