ABŞ-da tələbatla bağlı narahatlıqlar faiz endiriminin yaratdığı nikbinliyi üstələyib— neft qiymətləri düşür
Cümə günü neft qiymətləri enib.
Marja xəbər verir ki, ABŞ-da yanacağa olan tələbatla bağlı artan narahatlıqlar, Federal Ehtiyat Sisteminin (Fed) bu il həyata keçirdiyi ilk faiz endiriminin istehlakı artıracağına dair gözləntiləri kölgədə qoyub.
London birjasında Brent markalı neftin noyabr fyuçersləri Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, 0,4% azalaraq bir bareli 67,14 dollara, ABŞ-ın West Texas Intermediate (WTI) markalı neftinin fyuçersləri də 0,4% azalaraq 63,34 dollara geriləyib.
Buna baxmayaraq, hər iki əsas neft markası ardıcıl ikinci həftəni artımla başa vurmağa hazırlaşır.
Fed çərşənbə günü uçot dərəcəsini 0,25 faiz bəndi aşağı salıb və əmək bazarında zəifləmənin əlamətlərinə cavab olaraq daha çox endirimlərin olacağını istisna etməyib. Adətən daha aşağı faizlər (borclanma xərcləri) neftə olan tələbi artıraraq qiymətləri yüksəldir.
“Bazar ziddiyyətli siqnallar arasında sıxışıb qalıb. Tələbat tərəfdən baxsaq, Enerji İnformasiya Administrasiyası da daxil olmaqla bütün enerji agentlikləri zəifləyən tələblə bağlı narahatlıqlarını ifadə ediblər və bu da yaxın perspektivdə ciddi qiymət artımı gözləntilərini zəiflədir. Təklif tərəfdə isə OPEC+ ölkələrinin hasilatı artırmaq planları və ABŞ-ın yanacaq məhsulları ehtiyatlarında artıqlıq əlamətləri bazar əhvalına mənfi təsir göstərir” — deyə analitiklər bildirir.
ABŞ-da yanacaq ehtiyatlarının bazar proqnozunu (1 milyon barel) xeyli üstələyərək 4 milyon barel artması da dünyanın ən böyük neft istehlakçısında tələbin zəiflədiyinə dair narahatlıqları gücləndirib və qiymətlərə təzyiq göstərib.
Həftə ərzində açıqlanan iqtisadi göstəricilər də narahatlıqları artırıb. İşsizlik müavinətinə müraciətlərlə bağlı son məlumatlar ABŞ əmək bazarının zəiflədiyini, həm işçi tələbinin, həm də təklifinin azaldığını göstərib. Avqustda isə ev tikintisi son iki yarım ilin ən aşağı səviyyəsinə enib və yeni evlərin satılmamış qalması bazarda artıq təklifin formalaşmasına səbəb olub.
Müştərilərin xəbərləri
PAŞA Bankın səhmlərinə abunə yazılışının müddətinin uzadılmasından sonra yaranmış iddialara cavab: "İnvestorlar 2025-ci il üzrə dividend əldə etmək hüququnu saxlayırlar"
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
8 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
14 d. əvvəl
“PAŞA Kapital”ın xalis mənfəəti artıb - MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
- 28 d. əvvəl
-
55 d. əvvəl
Bu BOKT-un aktivləri 5 dəfədən çox artıb, zərərdən mənfəətə keçib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bu BOKT-un aktivləri 5 dəfədən çox artıb, zərərdən mənfəətə keçib
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 19 GÜN
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
Mayın 25-də gözlənilən hava şəraiti
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
AZAL-ın sədrindən aviabiletlərin qiymətləri barədə açıqlama
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb







.jpg)




.jpg)








