Dağıstandakı fövqəladə vəziyyət Azərbaycanı hərəkətə keçirib
Qonşu ölkədən çəyirtkə miqrasiyası riskinə qarşı qabaqlayıcı tədbirlər görülür.
Rusiyanın Dağıstan Respublikasının şimalında çəyirtkələrin kütləvi yayılması və bu səbəbdən fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya Mərkəzi gücləndirilmiş iş rejiminə keçib.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, sərhəd boyu ərazilərdə mütəmadi monitorinqlərə başlanılıb. Miqrasiya təhlükəsi nəzərə alınaraq kimyəvi mübarizənin operativ təşkili üçün bütün texnika və avadanlıqlar tam hazır vəziyyətə gətirilib.
Bölgələrdə müşahidə və nəzarət tədbirləri gücləndirilib, yerli qurumlar zəruri dərman preparatları ilə tam şəkildə təmin olunub.
Qeyd edilib ki, çəyirtkələr kənd təsərrüfatı bitkiləri üçün ən təhlükəli zərərvericilərdən biridir. Onlar bitkilərin yarpaq və digər orqanlarını kobud şəkildə gəmirərək zədələyir, nəticədə bitkinin inkişafı dayanır və məhsuldarlıq azalır. Çəyirtkələr taxıl, meyvə-tərəvəz, pambıq və digər mədəni bitki əkinlərinə, hətta meyvə ağaclarına ciddi ziyan vururlar.
Hazırda respublika ərazisində çəyirtkələrin, əsasən daha təhlükəli 3 növünə - Mərakeş (Dociostaurus maroccanus Thunb.), Asiya (Locusta migratoria L.) və İtaliya (Caloptenus italicus (Linnaeus)) çəyirtkələrinə rast gəlinir. Mərakeş çəyirtkəsi geniş yayılmış və çoxsaylı növdür.
Cari ilin əvvəlindən ölkə ərazisində çəyirtkələrə qarşı müşahidə və mübarizə tədbirlərinə başlanılıb və bu tədbirlər mövsüm ərzində ardıcıl şəkildə davam etdirilir. Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli qurumları tərəfindən 2025-ci ilin iyul ayınadək 47 178 hektar sahədə müşahidələr aparılıb, 10 315 hektar sahədə sirayətlənmə qeydə alınıb, 5 100 hektar sahədə kimyəvi mübarizə tədbirləri görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 saat əvvəl
-
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
19 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
19 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 19 saat əvvəl
-
19 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb





















