Daha 3 şirkətə “Startap” şəhadətnaməsi verildi
3 il vergiləri ödəməyəcəklər. İndiyədək 164 KOB subyektinə “Startap” şəhadətnaməsi təqdim edilib.“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib.
KOBİA-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, iclasda KOB subyektlərindən daxil olmuş 6 müraciətə baxılıb və onlardan 3-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bunlar "Cibpay" MMC-nin çoxfunksiyalı onlayn ödəniş platforması, "Optima Business Solutions" MMC-nin elektron sənədlərin idarəedilməsi və imzalanması üçün onlayn platforması və “İxtisasSeç" MMC-nin təhsil müəssisələrinə qəbul prosesini asanlaşdıran platformasıdır.
Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 164-ə çatıb.
“Startap” şəhadətnaməsi KOB subyektlərini bu sənədi aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.
Qeyd edək ki, layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























