“Misli” Azərbaycan futboluna dəstəyini davam etdirir
(®) Azərbaycan Premyer Liqası daha bir mövsüm “Misli”nin sponsorluğu ilə keçiriləcək.
Peşəkar Futbol Liqası ilə Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azəlotereya”nın “Misli” brendi arasında titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb. Razılığa əsasən, 2024/2025-ci illər mövsümündə də “Misli” Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı “Misli Premyer Liqası” adlanacaq.
Tərəflər arasında müqavilə rəsmilərin iştirakı ilə keçirilən tədbirdə imzalanıb. İmzalanma mərasimində AFFA-nın prezidenti Rövşən Nəcəf, “Demirören Holding”in İdarə Heyətinin sədri Yıldırım Demirören, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, AFFA, PFL, “Azerlotereya” ASC və futbol klublarının rəsmiləri iştirak ediblər.
Tədbirdə çıxış edən AFFA-nın prezidenti Rövşən Nəcəf ilk olaraq “Qarabağ”, “Sabah” və “Zirə” klublarının avrokuboklarda mərhələ keçmələri və Azərbaycan idmançılarının “Paris-2024” Yay Olimpiya Oyunlarında 2 qızıl medal qazanmaları münasibətilə təbriklərini çatdırıb.
AFFA-nın prezidenti “Misli” ilə əməkdaşlığın çempionatın daha da maraqlı keçməsi, rəqabətin artması və ən əsası azarkeşlərin stadionlara gəlməsinə kömək edəcəyini bildirib. O, digər şirkətləri və iş adamlarını da Azərbaycan futboluna dəstək olmağa çağırıb.
Mərasimdə çıxış edən “Demirören Holding”in İdarə Heyətinin sədri Yıldırım Demirören də anlaşmanın Azərbaycan futbolunun beynəlxalq arenada daha da uğurlu təmsil olunmasına töhfə verəcəyinə inamını ifadə edib. Əməkdaşlığın futbolun inkişafı üçün önəmli layihələrin həyata keçirilməsinə xidmət edəcəyini bildirib.
Daha sonra Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı idmanın ictimai həyatın hər sahəsindəki əhəmiyyətinə diqqət çəkərək idman klublarının dəstəklənməsi və idmanın bütün növlərinin inkişafı istiqamətində səylərin artırılmasının vacibliyi ilə bağlı fikirlərini bölüşüb və bu baxımdan “Demirören Holding”in iştirak etdiyi sponsorluq müqaviləsini son dərəcə dəyərli və mənalı hesab etdiyini vurğulayıb.
Sonda tərəflər müqaviləyə imza atıblar. Müqaviləni “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş və Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abasov imzalayıblar.
Qeyd edək ki, Misli Premyer Liqası bu gün start götürür.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 4 saat sonra
-
-
16 saat əvvəl
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
-
16 saat əvvəl
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı olub
- 18 saat əvvəl
-
21 saat əvvəl
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
"Dost Aqropark" 10 min baş cins mal-qara hədəfinə çatır"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Ən çox oxunanlar
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir, bütün Qarabağı işıqlandırmaq olar"
“Şəfəq” yarımstansiyasının açılışı olub
SOCAR tərəfindən İtaliya şirkətinin alınması prosesi tamamlanıb
Prezident və birinci xanım Cəbrayıla səfər ediblər, Şükürbəyli kəndinin açılışında iştirak ediblər
“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir













.jpg)








