Azərbaycanın naziri “CESI” şirkətində olub
İtaliyaya səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov “CESI” şirkətində olub.
Şirkətin icraçı direktoru Nicola Melchiottinin rəhbərliyi ilə geniş tərkibli görüş keçirilib. Enerji, texnologiya və innovasiya üzrə dünyada aparıcı məsləhətçi şirkətlərdən olan “CESI”nin 70-dən çox ölkədə xidmətləri, enerji sahəsində ötürücü infrastrukturun planlaşdırılması və mühəndisliyi, şəbəkənin modernləşdirilməsi və bərpa olunan enerji istiqamətlərində fəaliyyətinə dair təqdimatlar edilib.
Görüşdə “Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan arasında Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırması prosesinin gedişatına və bərpa olunan enerji güclərinin şəbəkəyə qoşulması üzrə əməkdaşlığa dair müzakirələr aparılıb. “Yaşıl enerji” bağlantılarının enerji təhlükəsizliyi və enerji keçidini geniş coğrafiyada təmin edən əhəmiyyətindən bəhs olunub. “Yaşıl enerji dəhliz”ləri təşəbbüsünün COP29-un Fəaliyyət Gündəliyinin prioritetlərindən biri kimi nəzərdən keçirildiyi qeyd olunub və COP çərçivəsində birgə tədbirin keçirilməsi razılaşdırılıb.
Nazir, həmçinin “CESI” şirkətinin laboratoriyasına da baş çəkib, burada elektrik komponentlərinin və sistemlərinin etibarlılığını, təhlükəsizliyini təmin etməyə yönəlmiş müxtəlif sınaq növlərinə baxış keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























