Azərbaycanda 27 yeni McDonald's restoranı açılacaq
"McDonald's Azərbaycan" şirkəti qarşıdakı 5 il ərzində Azərbaycandakı restoran sayını 50-yə çatdırmaq və ümumilikdə 4500 nəfərdən çox şəxsin məşğulluğunu təmin etməyi planlaşdırır.
Marja.az-ın məlumatına görə, bunu "McDonald's Azərbaycan" şirkətinin baş direktoru Oskar Boqopolskiy bildirib.
O qeyd edib ki, indiyədək Azərbaycanda McDonald's-ın 23 restoranı fəaliyyətə başlayıb və işçilərin sayı 2180 nəfərə çatıb. Beləliklə, qarşıdakı 5 ildə daha 27 restoran istifadəyə veriləcəkdir.
1999-cu ildən indiyədək ümumilikdə 13 min nəfərdən çox əməkdaş “McDonald's Azərbaycan” komandasının üzvü olub.
"Ölkədə həyata keçirilən islahatlar fonunda Azərbaycanda iqtisadi artım və inkişaf üçün əlverişli mühitin davamlı olacağına inanırıq. Məqsədimiz qarşıdakı 5 il ərzində Azərbaycandakı restoran sayını 50-yə çatdırmaq və ümumilikdə 4500 nəfərdən çox şəxsin məşğulluğunu təmin etməkdir",- Oskar Boqopolskiy deyib.
YERLİ İSTEHSAL MAL ƏTİ MƏHSULLARINDAN İSTİFADƏ OLUNACAQ
Bu gün “McDonald's Azərbaycan” 100-dən çox yerli şirkətlə, o cümlədən qida, süd və kənd təsərrüfatı tədarükçüləri, eləcə də sous istehsalçıları ilə əməkdaşlıq edir. Oskar Boqopolskiy əlavə edib ki, yaxın gələcəkdə “McDonald's”da istifadə olunan mal əti məhsullarının yerli istehsal hesabına təmin edilməsini hədəflənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)





.jpg)







