Azercell "Socar 500" və "Socar 1500" danışıq paketlərini ləğv edir
Təqdim edilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və korporativ müştərilərə təklif olunan tariflərin optimallaşdırılması məqsədilə 22 avqust 2023-cü il tarixdən etibarən "Azercell Telekom" MMC-nin fakturalı xətt sistemində korporativ abunəçilərə təqdim edilən "Socar 500" və "Socar 1500" danışıq paketləri ləğv ediləcək.
Marja xəbər verir ki. bu barədə "Azercell Telekom" MMC-nin məlumatında bildirilir.
Göstərilən tarixədək paketlərə qoşulan abunəçilər müvafiq istifadə müddəti bitənədək paketlərdən istifadəyə davam edə biləcəklər.
Qeyd edilib ki, abunəçilər baş verən dəyişikliklər, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəsindən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Korporativ abunəçilər xüsusi Müştəri Xidmətlərinə ((012) 490-49-40 - şəhər telefonundan, 6050 - mobil telefondan (1 zəng - 0,1 AZN); Bazar ertəsi - Cümə, 09:00 - 18:00; Şənbə, 09:00 - 16:00; e-poçt: [email protected]) müraciət edərək mövcud tariflər, kampaniyalar və xidmətlər haqda məlumat öyrənə, müxtəlif əməliyyatlar həyata keçirə və texniki dəstək ala bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 16 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Ən çox oxunanlar
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















