Ləğv prosesində olan “Günay Bank” ASC -nin kreditorlarının nəzərinə!
“Günay Bank” ASC – nin kreditorlarının kreditor tələblərinin qeydiyyata alınması 18 iyul 2023-cü il tarixdə başa çatacaqdır.Əmanətlərin Sığortalanması Fondunun məlumatı:
Bildiyiniz kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-3(103)-42/2023 nömrəli qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir.
"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
-kreditorun adı və ünvanı;
-tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
-tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Xatırladaq ki, ləğv prosesində olan “Günay Bank” ASC – nin kreditorlarının kreditor tələblərinin qeydiyyata alınması 18 iyul 2023-cü il tarixdə başa çatacaqdır.
Kreditorlardan xahiş olunur ki, 18 iyul tarixinədək tələblərin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:
“Günay Bank” ASC – nin Baş ofisi
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 45
Əlaqə: (+994) 941
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 d. əvvəl
- 39 d. əvvəl
-
58 d. əvvəl
"Qarabağ" yatağının işlənməsi üçün yaradılmış əməliyyat şirkəti ləğv olunur
- 1 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Tramp Qrenlandiya ilə bağlı gömrük vergilərinin tətbiq edilməyəcəyini açıqladı, qızılın qiyməti düşdü
1 gün ərzində 500-ə yaxın sığorta hadisəsi qeydə alınıb
Ən çox oxunanlar
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
Trampdan Davosda mühüm açıqlamalar
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb






















