Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Peşəkar mühasib olmaq istəyənlər üçün təlim!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Peşəkar mühasib olmaq istəyənlər üçün təlim!
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanın maliyyə-iqtisadi sistemi beynəlxalq maliyyə sisteminə interqasiya olunmuş şəkildə inkişaf edir. Bu baxımdan qlobal çağırışları, beynəlxalq maliyyə və iqtisadiyyat platformasında baş verən keyfiyyət dəyişikliklərini nəzərə alaraq respublikamızda maliyyə-uçot sahəsində mütərəqqi yeniliklər tətbiq olunur. Bu məqsədilə atılan addımlardan biri mühasiblərin peşəkarlığının artırılması üçün onların sertifikasiyasının həyata keçirilməsidir.

Peşəkar mühasib sertifikatının verilməsi prosesinə 2021-ci ilin noyabr ayından başlanılıb. Artıq qanunvericiliyə əsasən hər bir müəssisədə çalışan baş mühasib peşəkarlıq sertifikatına malik olmalıdır. Peşəkarlıq sertifikatın əldə edilməsinin vacibliyini nəzərə alaraq mühasiblərin imtahanlarda müvəffəqiyyət qazanmaları üçün təlimlərdə iştirak etmələrini tövsiyə edirik.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi belə təlimləri həyata keçirən peşəkar qurumdur.

Mərkəzdə təlimlər Dövlət İmtahan Mərkəzinin proqramı əsasında, beynəlxalq təcrübəyə, yeni və innovativ çağırışlara uyğun olaraq, peşəkar mütəxəssislər tərəfindən keçirilir. İştirakçılar təlim zamanı proqrama uyğun olaraq kağız və elektron formada tədris vəsaitləri ilə təmin olunurlar. Mərkəzdə təlimlər əyani, intensiv, hibrid (əyani və onlayn) formatda təşkil olunur.

Mərkəzdə tədris olunan təlimlər barədə məlumatlar aşağıda qeyd olunmuşdur:

Təlimlər 

- Büdcə təşklilatlarında mühasibat uçotunun praktiki təşkili;

- Kommersiya təşkilatlarında mühasibat uçotunun praktiki təşkili;

- “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları” üzrə I və II mərhələ;

- “Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq  Standartları”;

- “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Peşakar Mühasib Sertifikatı”;

- Əmək qanunvericiliyi və kadr işinin təşkili;

-  Orta müddətli xərclər çərçivəsinin hazırlanması;

-  Maliyyə uçotunda İKT-nin təşkili;

- Beynəlxalq mühasibat standartları;

-  Maliyyə təsərrüfat fəaliyyətində Dövlət  satınalmalarının həyata keçirilməsi ilə bağlı təlimlər;

- Mühasibat uçotu sahəsində proqram təminatı; 

- Vergi uçotu;

- İşgüzar ingilis dili;

Təlimlərdə iştirak etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz:

(+994 12) 404 81 59, (055) 404 81 50 (whatsapp)

E-mail: [email protected]

Faks: 012 566 84 77

Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti 10

Seminar və vebinarlar:

- Əmək haqqının ödənilməsinin forma və qaydaları  (o cümlədən məzuniyyət haqqının hesablanması);

- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması və ödənilməsi Qaydaları;

- Torpaq, tikili və avadanlıqların mühasibat uçotunda əks etdirilməsi qaydaları (praktik məsələlər əsasında) 

- Ehtiyatların mühasibat uçotunda əks etdirilməsi  qaydaları (praktik məsələlər əsasında);

- Qeyri-maddi aktivlərin mühasibat uçotunda əks etdirilməsi qaydaları (praktik məsələlər əsasında);

- Büdcə təşkilatlarında memorial orderlərin tərtib edilməsi, dövriyyə balansının əsasında maliyyə hesabatlarının hazırlanması;

- Büdcə təşkilatlarında maliyyə əməliyyatlarının Xəzinədarlıq vasitəsi ilə aparılması qaydaları;

- Aktivlərin və öhdəliklərin inventarizasiya qaydaları, əsas vəsaitlərin (fondların) ləğv edilməsi qaydaları;

- Təşkilatlarda audit və təftişin aparılması qaydaları;

- Elektron kommersiya; 

- Natiqlik istiqaməti üzrə proqramlar (özünüifadə etmə, təqdimat bacarıqları, natiqdə əsas anlayışlar);

- Fərdi inkişaf  üzrə proqramlar (vaxtın idarə olunması,ünsiyyət və kommunikasiya bacarıqları,  liderlik və s.).

Peşəkar mühasib təlim sertifikat
17.06.2023 14:07
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-3_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ -18_18
InvestAZ