“Baku Steel Company” ABŞ-a boru ixracına başladı
Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC artıq ABŞ-a da boru ixrac etməyə başlayıb.
“Baku Steel Company”dən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, şirkətin xarici bazarda mövqeyinin genişlənməsi və möhkəmlənməsi “Baku Steel Company” QSC-nin əsas hədəflərindən biri hesab olunur. İstehsal olunan məhsulların xarici bazarda uğurla təmsil olunmasının nəticəsi olaraq artıq Azərbaycandan ABŞ-ın Texas ştatına müxtəlif diametrli, tikişsiz borular ixrac edildi.
Borular “Baku Steel Company” QSC-nin Boruyayma sexində ABŞ-ın “ASTM A106” standartının tələblərinə uyğun hazırlanıb və yüksək keyfiyyətlərə cavab verir. Standarta uyğun olaraq, onların istehsalında istifadə edilən pəstahlar “Gr.B“ (Grade B) markalı möhkəm poladdan əldə olunub. Standartın digər tələbinə görə, borular korroziya əleyhinə boyalarla rənglənib, xüsusi üsulla bağlama halına gətirildikdən sonra ixrac olunub.
Qeyd edilib ki, “Baku Steel Company” QSC-də istehsal olunan müxtəlif təyinatlı, o cümlədən neft-qaz sənayesində istifadə edilən fərqli ölçü və çeşiddə borular bu vaxta kimi İtaliya, Rumıniya, Türkiyə, Tunis, Rusiya, Qazaxıstan və s. ölkələrdəki tərəfdaşlar, iri şirkətlər tərəfindən alınıb.
Xatırladaq ki, “Baku Steel Company” QSC-də hazırda yüksək keyfiyyətdə armatur, katanka (məftil), kvadrat və dairəvi pəstahlar, tikişsiz borular, habelə çeşidli fasonlu tökmələr istehsal edilir. Fəaliyyəti dövründə şirkətin məhsulları yerli bazarla yanaşı, “Made in Azerbaijan” nişanı ilə Avropa, Amerika və Asiyanın, ümumilikdə, 20-dən çox ölkəsinə satılıb. 2022-ci ildə isə “Baku Steel Company” QSC dünya metallurqlarının nüfuzlu beynəlxalq təşkilatı hesab edilən “World Steel Association”a (Dünya Polad Assosiasiyası) müntəzəm üzvlüyə qəbul olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















