Dollar/Türk Lirəsində dəyişkənlik 16 ayın ən yüksək səviyyəsindədir
Türkiyə seçkilərə yaxınlaşdıqca valyuta bazarındakı hərəkət diqqəti çəkir. Siyasi səhnədəki proseslərlə əlaqədar olaraq USD/TRY (ABŞ dolları/Türk Lirəsi) məzənnəsinin volatilliyi (dəyişkənliyi) artıb. Ölkədə 14 Mayda seçkilər keçiriləcək.
Marja xəbər verir ki, cümə axşamı günü 12,67% oynaqlıq ilə bağlanan Dollar/TRY məzənnəsində dəyişkənlik bu səhər 88,3% ilə 16 ayın ən yüksək səviyyəsinə çatıb.
Siyasi səhnədəki proseslərin təsiri ilə digər aktivlərdə də dəyişkənlik müşahidə olunur. Türkiyənin risk mükafatı (CDS -Credit default swap) 2022-ci ilin dekabrından bəri ilk dəfə 500 baza bəndinin altına düşmüşdü. "Məmləkət" Partiyasının namizədi Məhərrəm İncənin prezidentliyə namizədliyindən geri çəkilməsindən sonra risk mükafatı 487 bəndə qədər yüksəlib. CDS-in yüksəlməsi ölkə üçün borclanma faizinin artması deməkdir.
Xarici bankların seçkidən sonrakı bazar ssenariləri də geniş vüsət alıb.
Bank of America (BofA) iqtisadçıları, müxalifətin seçkilərdə qalib gələcəyi təqdirdə Mərkəzi Bankın faizini 50 faizə yüksəldəcəyini, belə bir bir mühitdə 10 illik istiqrazların gəlirliliyinin 30 faizə çatacağını proqnozlaşdırıblar.
Bank USD/TRY üzrə ədalətli qiymətin də 24 türk lirəsi olacağını təxmin edib. BofA, müxalifətin qalib gələcəyi təqdirdə Dolların məzənnəsinin 25 lirə səviyyəsinə yüksələ biləcəyin qeyd edib.
Qeyd edək ki, hazırda Dollar/Türk Lirəsi məzənnəsi 19,61 səviyyəsindədir.
Mərkəzi Banakın məzənnəsi ilə sərbəst bazar olan Kapalıçarışıdakı məzənnə arasındakı fərq rekord qırıb - ilk dəfə bu fərq 1 lirəni aşaraq 1,2 lirəni keçib.
Hazırda 1 dolların rəsmi məzənnəsi 19,61 lirə olduöğu halda, İstanbulda Kapalıçarışıda dollar 21 lirəyə yaxın satılır.
Əhali seçkidən sonranın dəqiq necə olacağını bilmədiyi üçün dollar və qızıl alırlar. İnsanlar vəsaitlərini Türk Lirəsində saxlamaq istəmirlər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 d. əvvəl
-
- 22 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dünyanın ən çox gəlir əldə edən şirkəti dəyişib
Tesla-dan böyük qiymət endirimi
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















