Ermənistan tərəfi təxribatlarının miqyasını genişləndirməyə cəhd edir
Azərbaycan Müdafiə Nazirliyinin məlumatı:
Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutmağa davam edir.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətli cavab tədbirləri görülür.
XXX
Həmçinin bu gün səhər Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.
Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.
XXX
Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.
Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.
Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq növbəti dəfə atəşkəsi pozub.
Təxribat törədilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
22 d. əvvəl
Dünyanın böyük maliyyə təşkilatı Azərbaycanda Bank Respublikanı seçdi
-
27 d. əvvəl
Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Saziş təsdiqləndi
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda “Heyvanlarla məsuliyyətli davranış haqqında” yeni qanun layihəsi hazırlanır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Xidməti telekommunikasiya operatorlarından şikayətlərin artdığını bildirir
-
1 saat əvvəl
Kapital Bank-ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib
- 2 saat əvvəl
- 3 saat əvvəl