Ziraat Bank Azərbaycan-dan Yaşıl Avto Krediti ilə təbiətsevər addım!
Azərbaycanda elektrik avtomobilini 10% ilkin və 48 aylıq ödəniş şərtlərilə almaq mümkün oldu.(®) Daima müştərilərinə geniş məhsul çeşidləri təqdim edən Ziraat Bank Azərbaycan, bu dəfə də avtomobil almaq istəyən müştərilərini sevindirdi.
Bank, ətraf mühiti qoruyaraq, təbiətə heç bir qalıq yanacaq buraxmadan və karbon emissiyası olmadan fəaliyyət göstərən Elektrik və Hibrid mühərrikli avtomobillərə əlçatanlığının asanlaşdırılması məqsədi ilə yaradılan Yaşıl Avto Kredit məhsulunu təqdim edib.
Yaşıl Avto Kredit məhsulu ilə Ziraat Bank Azərbaycan, bərpa olunan enerji baxımından təbiət dostu olan Elektrik və Hibrid mühərrikli avtomobillərin alışının təşviqini nəzərdə tutub. Həm təbiətin qorunmasına qayğı ilə yanaşan, həm də avtomobil sahibi olmağı arzu edən müştərilərə xitab edən bu məhsul ilə ətraf mühitə zərərin maksimum azaldılmasını və gələcək nəsillərə daha yaşanılabilər bir dünya bəxş etmək məqsədini hədəfləyən Bank, təbiətsevərlərin avtomobil arzusuna çatmalarını təklif etdiyi sərfəli kredit şərtlərilə asanlaşdırıb.
Bankın verdiyi məlumata əsasən kredit istər yeni, istərsə də ikinci əl Elektrik və Hibrid mühərrikli avtomobillər üçün təqdim olunur. Beləliklə, avtomobil sahibi olmaq istəyən şəxslər Elektrik mühərrikli avtomobilləri 48 ayadək, Hibrid mühərrikli avtomobilləri isə 36 ayadək ödəmə müddəti və sərfəli faiz dərəcələri ilə Ziraat Bank Azərbaycana müraciət edərək arzularını reallaşdıra bilərlər.
Qeyd edək ki, Elektrik mühərrikli avtomobillər üzrə kreditin maksimal məbləği istehsal tarixindən asılı olaraq avtomobilin dəyərinin 90%-dək, Hibrid mühərrikli avtomobillərdə isə avtomobilin istehsal tarixindən asılı olaraq nəqliyyatın dəyərinin 60%-dən 80%-dək təşkil edir.
Təbiət dostu olan Ziraat Bank Azərbaycanın Yaşıl Avto Kredit məhsulundan faydalanmaq istəyən şəxslər lazımi sənədlərlə Bankın filiallarına yaxınlaşaraq müraciət edə bilərlər.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
-
2 saat əvvəl
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Aeroportların tikintisi üçün torpaq alınması dövlət ehtiyacı sayılacaq
-
3 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
-
3 saat əvvəl
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
Əliyevlə Tramp arasında görüş keçirilib
Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
Ən çox oxunanlar
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Yanvarın 23-də gözlənilən hava şəraiti
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib






















