Aprelin 8-dən kim gəldi sərnişin və yük daşıya bilməyəcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkilatçılığı ilə avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları həyata keçirən daşıyıcılarla növbəti görüş keçirilib.
Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, son bir ildə daşıyıcıların sayının artması, daşımalarda istifadə edilən nəqliyyat vasitələri parkının genişlənməsi, eləcə də Azərbaycan daşıyıcılarının müvafiq bazar paylarının artması müşahidə edilir.
Nazir müavini qeyd edib ki, hələ iki il bundan əvvəl beynəlxalq yükdaşımada istifadə olunan nəqliyyat vasitələrinin sayı 3000-dən az olub, 2022-ci ildə isə bu say 8000-i ötüb. Nəqliyyat vasitələrinin sayında artım bazarın şəffaflaşması nəticəsində “kölgə”də fəaliyyət göstərən daşıyıcıların qeydiyyata alınması, fəaliyyəti olmayan daşıyıcıların fəaliyyətini bərpa etməsi, bəzilərinin daxili bazardan beynəlxalq bazara keçidi və idxal olunan nəqliyyat vasitələrinin hesabına yaranıb. Görülmüş tədbirlər nəticəsində son dövrdə Azərbaycan daşıyıcılarının ikitərəfli daşımaların bütün istiqamətlər üzrə bazar payları artıb, milli daşıyıcıların 3-cü ölkələrin daşımalarında iştirakı ciddi şəkildə genişlənib.
Vurğulanıb ki, Nazirlər Kabinetinin 2022-ci il aprelin 8-də təsdiqlədiyi “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” 2023-cü il aprelin 8-də qüvvəyə minəcək. Qaydalara əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti göstərən daşıyıcılar işgüzar nüfuza, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, operatorun sürücülərinin hazırlıq səviyyəsinə dair tələblərə cavab verməlidir.
Bildirilib ki, buraxılış qaydalarının tətbiqində məqsəd avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması, milli daşıyıcıların beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması, daha peşəkar və beynəlxalq tələblərə cavab verən sürücülərin hazırlanmasıdır.
Rəhman Hümmətov qeyd edib ki, hazırda 218 şirkətdən yalnız 84-nün təqdim etdiyi sənədlər buraxılış qaydalarının şərtlərinə uyğundur. Bu şirkətlərin avtonəqliyyat vasitələrinin sayı ümumi parkın cəmi 16%-ni təşkil edir.
“AYNA-da daşıyıcıların iştirakı ilə çoxsaylı maarifləndirici görüşlər keçirilib və buraxılış qaydaları haqqında zəruri məlumatlar təqdim olunub. AYNA-nın Təlim-Tədris Mərkəzi, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) və tərəfdaş şirkətlər sürücülərin peşəkarlıq səriştəsinə dair təlimlər keçirir. Bu günədək təlimlərdə 4000-dən çox sürücü iştirak edib. Ümumilikdə isə 8000-dən çox sürücünün tədris prosesinə cəlb edilməsi nəzərdə tutulur”, – deyə Rəhman Hümmətov əlavə edib.
Tədbirdə sənədləri buraxılış qaydalarının şərtlərinə uyğun olan daşıyıcıya ilk “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara buraxılış vəsiqəsi”ni təqdim edilib.
Daha sonra “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”na dair daşıyıcıların sualları cavablandırılıb.
Qeyd edək ki, qaydalara əsasən, buraxılış vəsiqəsi və kartı almayan daşıyıcılar aprelin 8-dən beynəlxalq yük daşımalarında iştirak edə bilməyəcək, hüquqi və fiziki şəxslər “İcazə” blanklarının bölgüsünə buraxılmayacaqlar. “İcazə” blanklarının bölgüsü buraxılış kartı verilmiş avtonəqliyyat vasitələrinin sayına uyğun aparılacaq. Gömrük keçid məntəqələrindən keçən avtonəqliyyat vasitələrinə müvafiq qeydiyyat sistemi vasitəsilə nəzarət olunacaq. Buraxılış kartı verilməyən avtonəqliyyat vasitələrinə “İcazə” blankının verilməsi aşkar olunduqda daşıyıcı bölgüdən kənarlaşdırılacaq.
Sonda daşıyıcıların diqqətinə bir daha çatdırılıb ki, buraxılış vəsiqəsi və kartının alınması üçün çox az vaxt qalıb. Sənədlərini təqdim etməyən daşıyıcıların sayı isə kifayət qədər çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
48 d. əvvəl
Pezeşkisn müharibənin bitməsi üçün İranın şərtlərini açıqladı
-
2 saat əvvəl
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Odero ciddi uyğunluq və təhlükəsizlik tələblərindən keçdi, xüsusi status aldı
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq"
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Yanvarda ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub" - MƏTBUATA BƏYANATLAR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Pezeşkisn müharibənin bitməsi üçün İranın şərtlərini açıqladı
Əmanətiniz illik 12 % gəlir gətirsin!
İran Hörmüz boğazında onlarla mina yerləşdirib
"Hazırda biz Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üçün yeni çərçivə üzərində işləyirik"
"Biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq"
Ən çox oxunanlar
İran: Neftin 200 dollara qalxmasına hazır olun
Tramp: İranı sərt vurduq, amma hələ bitirməmişik
"Yanvarda ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub" - MƏTBUATA BƏYANATLAR
Tarixdə ən böyük müdaxilə - Rekord həcmdə fövqəladə neft ehtiyatlarından istifadə təsdiqləndi
"Yevlax Yük Avtonəqliyyat" və "Ucar İnşaat Xidmət" ASC-lərin səhm paketləri özəlləşdirilib
Dövlət şirkəti ləğv olunur





















