Putin Rusiyanın beynəlxalq hesablaşmalarında Rublun payını açıqlayıb
Prezidentin sözlərinə görə, Rusiya dollardan və Qərbin digər ehtiyat valyutalarından asılı olmayaraq sabit, təhlükəsiz beynəlxalq ödənişlər sisteminin formalaşdırılması istiqamətində tərəfdaşları ilə birgə fəaliyyətini davam etdirəcək.
Rusiyanın beynəlxalq hesablaşmalarında rublun payı 2021-ci ilin dekabr ayı ilə müqayisədə iki dəfə artaraq üçdə birinə (32,4 faizə - red) yüksəlib.
Marja xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.
"Qeyd etmək istərdim ki, beynəlxalq hesablaşmalarımızda Rus rublunun payı 2021-ci ilin dekabr ayı ilə müqayisədə iki dəfə artaraq üçdə birini təşkil edib. Dost ölkələrin valyutaları ilə birlikdə bu, artıq yarıdan çoxdur. ABŞ dollarından və digər Qərbin digər valyutalarından asılı olmayan sabit, təhlükəsiz beynəlxalq hesablaşmalar sisteminin formalaşdırılması üzrə tərəfdaşlarla birlikdə işləməyə davam edəcəyik", - Putin deyib.
Rusiya Mərkəzi Bankının məlumatına görə, 2022-ci ilin əvvəlində Rusiyanın xarici ödənişlərində dollar və avronun payı 79% təşkil edirdisə, dekabrın əvvəlində bu rəqəm təxminən 50%-ə enib.
ABŞ və Avropa İttifaqının sanksiyaları fonunda 2022-ci ilin yanvar-sentyabr aylarında dollar və avro valyutalarda hesablaşmaların payı azalıb: dollarla 52%-dən 34%-ə, avro ilə 35%-dən 19%-ə qədər. Ticarətin Asiya istiqamətinə yönləndirilməsi, Çin və digər ölkələrin şirkətləri ilə mövcud müqavilələr üzrə hesablaşmaların valyutasının dəyişdirilməsi Çin yuanı ilə hesablaşmaların payınıı 0,4%-dən 14%-ə, rublla isə 12,3%-dən 32,4%-ə qədər artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
39 d. əvvəl
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Nyu Yorkda görüş keçirilib
-
- 41 d. əvvəl
-
1 saat əvvəl
Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
-
1 saat əvvəl
Azərbaycanı Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində Yağmur Nəsrullayeva təmsil edəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda tarixi hadisə: ITMF və ATA-nın birgə seminarı ilk dəfə Bakıda
-
2 saat əvvəl
2029-cu ilə qədər BƏƏ-nin tikinti sektorunun illik həcmi 130,8 milyard dollara çatacaq
-
2 saat əvvəl
Fond "Basalt Group"ın nizamnamə kapitalında iştirak edəcək, bazalt istehsalına investisiya qoyulacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət fondu özəl şirkətin səhmdarları sırasına daxil olur - MÜQAVİLƏ İMZALANDI
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

"Ələtdə istifadəyə veriləcək yeni yük hava limanı Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək"

Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı

Sentyabrın 24-də gözlənilən hava şəraiti

2029-cu ilə qədər BƏƏ-nin tikinti sektorunun illik həcmi 130,8 milyard dollara çatacaq

Azercell ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ
Ən çox oxunanlar

Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Bakıda “Şəhər daxilində yeni şəhər” - Böyükşor gölü ətrafına 5 milyard dollaradək investisiya yatırılacaq

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
