2023-cü ildə bağçaları yeməklə təchiz edəcək bəzi şirkətlər məlum oldu - 31,7 MİLYON MANAT ALACAQLAR
Təhsil Nazirliyi 2023-cü il ərzində məktəbəqədər təhsil müəssisələrinin (bağçalar) yeməklə təchizatının satınalınması ilə bağlı keçirdiyi tenderlərin bəzilərini yekunlaşdırıb.
Marja.az xəbər verir ki, "2023-cü il ərzində Bakı şəhəri (Səbail və Nizami rayonları) və Gəncə şəhəri ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması" ilə bağlı tenderdə “TAİS İKF” MMC qalib elan edilib. Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “TAİS İKF” şirkətilə məbləği 12 milyon 704 min manat olan müqavilə imzalayıb.
"2023-cü il ərzində Bakı şəhəri (Binəqədi və Nərimanov rayonları) ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması" ilə bağlı tenderdə “EL-OBA” QSC qalib elan edilib. Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “EL-OBA” şirkətilə məbləği 11 milyon 109 min manat olan müqavilə imzalayıb.
"2023-cü il ərzində Bərdə rayon ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması" ilə bağlı tenderdə “MƏİŞƏT İST” MMC, "2023-cü il ərzində Mingəçevir şəhəri ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması" ilə bağlı tenderdə isə “SABKO” MMC qalib elan edilib. Hər iki şirkət ilə məbləğləri müvafiq olaraq 3 milyon 150 min manat və 4 milyon 703 min manat olan müqavilələr imzalanıb.
Tenderlərdə qalib gəlmiş 4 şirkət ilə bağlanmış müqavilələrin cəmi məbləği 31 milyon 667 min manatdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























