Yüksək Texnologiyalar Parkında “SABAH.lab” Akselerasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) “SABAH.lab” Akselerasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib.
Nümayəndə heyəti əvvəlcə YTP-nin nəzdində fəaliyyət göstərən təcrübə-sınaq laboratoriyasının fəaliyyəti ilə tanış olub. Qonaqlara laboratoriyanın avadanlıqları, onların təqdim etdiyi xidmətlər haqqında məlumat verilib.
Daha sonra nümayəndə heyəti YTP-nin rezident müəssisələri olan “İntertek Azəri LTD” MMC, Elm və Təhsil Nazirliyinin “Təcrübə Sənaye Zavodu” MMC və ”Bakı Polimer İstehsalat” MMC-də sınaq və istehsal prosesləri ilə tanış olublar.
Məlumat üçün bildirilib ki, “SABAH.lab” Akselerasiya Mərkəzi Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutunun nəzdində yaradılıb. Mərkəzin fəaliyyəti iqtisadiyyatın müxtəlif sahələrində innovativ şirkətlərin yaradılması və inkişafına yönəlmiş startapların dəstəklənməsini əhatə edir. Mərkəzin yaradılmasında əsas məqsəd gənc sahibkarlar ətrafında davamlı bir ekosistem yaratmaqla yerli və xarici bazarların xidmət və məhsullarına olan tələbatı ödəyəcək şirkətlərin inkişafına təkan verməkdir.
YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov Yüksək Texnologiyalar Parkının infrastrukturu, görülmüş və planlaşdırılan işlər haqqında məlumat verib. Bildirilib ki, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan Yüksək Texnologiyalar Parkı tədqiqatlara əsaslanan sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli bir platformadır. YTP-da fəaliyyət göstərən müəssisələrin innovativ iqtisadiyyata verdikləri töhfələrdən danışan baş direktor “Texnoparklar haqqında Nümunəvi Əsasnamə”dən irəli gələn azad olmalar və üstünlüklər barədə qonaqları məlumatlandırıb.
Qarşılıqlı müzakirələrlə keçən görüşdə “SABAH.lab”ın baş icraçı direktoru Rəhim Bayramlı YTP-nın imkanlarından istifadədə maraqlı olduqlarını və qarşılıqlı faydalı ola biləcək sahələr üzrə əməkdaşlığın mümkünlüyünü diqqətə çatdırıb.
Görüş zamanı birgə əməkdaşlığa dair konkret təkliflər səsləndirilib, o cümlədən YTP-nın İnkubasiya və Texnologiyaların Transferi Mərkəzi ilə müştərək inkubasiya proqramının icra edilməsi təşəbbüsü irəli sürülüb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
8 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























