"Naxçıvanbank"dan Türkiyəyə dəstək
“Naxçıvanbank” ASC qardaş Türkiyə Respublikasında baş verən zəlzələ hadisəsindən zərərçəkənlərə humanitar yardım məqsədilə AFAD fonduna 50 000 AZN ianə edib.
Bu barədə bankın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, hadisənin ilk günündən bankın əməkdaşları tərəfindən fərdi şəkildə zərərçəkənlər üçün ianə köçürmələri və yardımlar həyata keçirilib. Əlavə olaraq Naxçıvanbankın kollektivi adından növbəti dəfə 500-dən çox ailənin ehtiyacını qarşılayacaq yardım qutuları hazırlanaraq Türkiyəyə yola salınmışdır.
Həmçinin "Naxçıvanbank" müştərilər tərəfindən Türkiyəyə edilən ianə köçürmələri üzrə komissiyanı da ləğv etmişdir. Bank üzərindən hər kəs Türkiyəyə ianə köçürmələrini ƏDV-siz, komissiyasız və sürətli şəkildə həyata keçirə bilər.
"Naxçıvanbank hər zaman qardaş Türkiyənin yanında olduğunu bildirir, faciədə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa, ailələrinə səbr diləyir",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
9 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib


























