Qoldman: Zəlzələnin Türkiyəyə xərci ÜDM-nin 1%-indən az ola bilər
Qlobal investisiya bankı "Goldman Sachs"ın iqtisadçıları qeyd ediblər ki, zəlzələlərin Türkiyənin infrastrukturuna və ümumi iqtisadiyyatına dəyən zərəri müəyyənləşdirmək hələ tezdir, lakin əvvəlki zəlzələlərdən əldə edilən məlumatlara əsasən demək olar ki, iqtisadi artıma təsiri kiçik ola bilər.
Qlobal investisiya bankı "Goldman Sachs"ın iqtisadçıları tərəfindən hesabat hazırlanıb.
Marja xəbər verir ki, hesabatda bildirilir:
“1999-cu il Mərmərə zəlzələsi indiki zəlzələdən üç dəfə çox olan bir bölgəyə təsir etdi. Akademik araşdırma həmin zəlzələnin xərcinin (təsirinin) ümumi daxili məhsulun (ÜDM) 1,2 faizini təşkil etdiyini ortaya qoydu. Bu nəticələri və regionun ölkənin iqtisadi artımdakı payını nəzərə alaraq hesablayırıq ki, ötən həftə baş verən zəlzələnin ÜDM-ə təsiri 1 faizdən xeyli aşağı ola bilər".
Türkiyə iqtisadiyyatının həcmi təxminən 900 milyard dollar civarındadır.
Hesabatda, ölkənin yardım və yenidənqurma işlərini təşkil etmək gücü olduğu müddətdə zəlzələnin iqtisadi artıma təsirinin uzunmüddətli perspektivdə görüləcəyi təxmin edilir.
“Keçmişdə oxşar sarsıntılara verilən reaksiyalara əsaslansaq, Türkiyənin institusional imkanlarının cavab vermək üçün kifayət etməyəcəyini düşünmək üçün heç bir əsas görmürük”, - deyə hesabatda qeyd olunub.
Risklər varsa, onlar daha çox maliyyələşdirmə tərəfinə aiddir. Türkiyənin xarici resurslara çıxışı B bazar maliyyələşdirmə reytinqinə malik ölkə kimi məhduddur. Həmçinin bu il çox kritik bir seçki nəzərdə tutulur. Buna görə də, zəlzələnin təsirini yumşaltmaq üçün həm dövlət maliyyəsi, həm də özəl sektorun yardımı mühüm əhəmiyyət kəsb edəcək”.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 20 d. əvvəl
-
2 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
3 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
4 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
6 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
6 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
6 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
Son Xəbərlər

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
