Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şirkəti zərər ilə işləyib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti (“Azəryaşlandşaft” ASC) 2021-ci ili 3 milyon 661 min manat xalis zərər ilə başa vurub. Şirkət 2020-ci ili 23 milyon 620 min manat xalis zərər ilə bağlamışdı.
Marja.az xəbər verir ki, “Azəryaşlandşaft”ın cəmi gəlirləri 2021-ci ildə 6 milyon 426 min manat, cəmi xərcləri 10 milyon 87 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə şirkətin cəmi gəlirləri 9 milyon 735 min manat, cəmi xərcləri 8 milyon 898 min manat təşkil etmişdi. Asılı müəssisələrin 24 milyon 454 min manat zərəri ilə əlaqədar olaraq “Azəryaşlandşaft” 2020-ci ili 23 milyon 620 min manat xalis zərər ilə başa vurmuşdu.
“Azəryaşlandşaft” qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yollarının mühafizə zolaqlarından kənarda yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, salınmış yaşıllıqların mühafizəsilə məşğul olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















