Növbəti yeni qatar xəttə verilib
2022-ci ilin sonlarında Bakı metropoliteninə gətirilmiş 4 qatardan 3-cüsü “Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə sərnişin konveyerinə qoşulub. Bu, metropoliten xətlərində fəaliyyətə başlayan innovasiyalar baxımından sonuncu nəslə mənsub 22-ci yeni qatardır.
Marja.az xəbər verir ki. bu barədə "Bakı Metropoliteni" QSC-nin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, Rusiyanın “Metrovaqonmaş” müəssisəsinin istehsal etdiyi 81-765 B/81-766 B modelli qatar 2019-cu ildə bağlanmış müqaviləyə əsasən alınıb.
“Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal edilmiş qatar paytaxtın iqlim şəraitinə hesablanıb. Mikroiqlim nəzarəti, o cümlədən kondisioner sistemi ilə təchiz edilib.
"Vaqonlar bu gün dünyada mövcud olan ən son texnoloji tələblərə cavab verir. Sərnişin rahatlığı baxımından əlil arabası və irihəcmli yüklər üçün zonalar, enli qapılar, qapı zonasında tavan və oturacaqlar önündə qövsvari tutacaqlar, salondan-salona keçidlər, mobil cihazlara enerji yükləyici yuvalar, elektron informasiya lövhələri, səs-küyü minimuma endirən şüşə və qapıların hermetikliyi, erqonomik və qənaətcil işıqlandırma sistemi, daha müasir antivandal oturacaqlar və s. xüsusi qeyd oluna bilər.
Bu, xəttə verilən sonuncu yeni nəsil qatarı olmayacaq. Daha bir sonuncu yeni nəsil qatarı üzərində sınaq və tənzimləmə işlərinə başlanılıb. Yaxın günlərdə həmin qatar da xəttə veriləcək. Onu da əlavə edək ki, bu il “Bakı Metropoliteni” QSC yeni vaqonların alınması məqsədilə işlərini davam etdirir. Hazırda texniki tapşırıqlar üzərində fəal iş aparılır", - məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 saat əvvəl
-
11 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
20 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)




.jpg)






